...

TUMİB Avropa Parlamentinin qərarını qınadı

Cəmiyyət Materials 12 Sentyabr 2015 14:02 (UTC +04:00)
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Avropa Parlamentinin sonuncu qətnaməsini qınayır və onu Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır.
TUMİB Avropa Parlamentinin qərarını qınadı

Azərbaycan, Bakı, 12 sentyabr

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Avropa Parlamentinin sonuncu qətnaməsini qınayır və onu Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır.

Trend-ə daxil olan bəyanatda deyilir ki, bu qətnamə növbəti parlament seçkiləri ərəfəsində Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq üçün edilən cəhdlərdən biridir: "Qətnamədə iyirmi ildən çoxdur torpaqlarımızın 20 %-nin Ermənistanın işğalı altında olduğu, qaçqın və məcburi köçkünlər problemi ilə iç-içə olduğumuz reallığı gözardı edilərək, süni şəkildə siyasi məhbus problem qabardılır, parlament seçkilərimizə şübhəylə yanaşılır. Ermənistanın işğalçı və xalqa zidd siyasəti görməzlikdən gəlinərək Azərbaycana vassal dövlət münasibəti göstərilir, Ermənistandan fərqli olaraq müstəqil dövlət olduğumuz həqiqətini nəzərə alınmır. Azərbaycan Respublikası Avropa İttifaqının üzvü olmadığı üçün bu təşkilat və onun qurumları qarşısında bir öhdəliyi olmadığı kimi, Azərbaycanın müstəqilliyinə edilən bu kimi müdaxilələr də yersizdir və Avropa Parlamentinin öz səlahiyyət hüdudlarını aşması mənasına gəlir. Bu səbəbdən təşkilat olaraq Avropa Parlamentini şiddətlə qınayır, onu müstəqil dövlətçiliyimizə hörmət etməyə və işğal edilmiş torpaqlarımızın azad edilməsində aktiv rol oynamağa çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti