...

ARGTMŞ Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı kəskin mövqeyini bildirdi

Cəmiyyət Materials 14 Sentyabr 2015 18:08 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 112 gənclər təşkilatını birləşdirən ən böyük gənclər platforması, ölkədə gənclər siyasətinin inkişafında fəal iştirak edən vətəndaş cəmiyyətinin nümayəndəsi kimi Avropa Parlamenti tərəfindən 10 sentyabr 2015-ci il tarixində qəbul olunmuş qətnamə ilə bağlı kəskin mövqeyini bildirir.
ARGTMŞ Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı kəskin mövqeyini bildirdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 112 gənclər təşkilatını birləşdirən ən böyük gənclər platforması, ölkədə gənclər siyasətinin inkişafında fəal iştirak edən vətəndaş cəmiyyətinin nümayəndəsi kimi Avropa Parlamenti tərəfindən 10 sentyabr 2015-ci il tarixində qəbul olunmuş qətnamə ilə bağlı kəskin mövqeyini bildirir.

Qətnamə əsassız, bir-biri ilə ziddiyyət təşkil edən mühakimələr, qeyri-konstruktiv təkliflərdən ibarətdir. O cümlədən:
(1) Qətnamədə Azərbaycanı QANUNLARIN ALİLİYİNİ rəhbər tutmağa çağıran (Qətnamənin mətni - H. whereas Azerbaijan is one of the founding members of the Eastern Partnership; whereas the EU and Eastern European leaders have on numerous occasions reaffirmed that the Eastern Partnership is based on a community of values and on the principles of liberty, democracy, respect for human rights and fundamental freedoms and THE RULE OF LAW...) və özü elə həmin qətnamədə siyasi məhbuslar, hüquq müdafiəçiləri, jurnalistlər və vətəndaş cəmiyyətinin digər fəallarının (Qətnamənin mətni - 2. Calls for the IMMEDIATE AND UNCONDITIONAL RELEASE) DƏRHAL VƏ ŞƏRTSIZ azadlığa buraxılması ilə qanunların pozulmasına "vadar edən";

(2) Azərbaycan hökumətini Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti qrupları, gənc fəallar və ziyalılar arasında olan "TƏMASA" maneə olmamağa çağıran (Qətnamənin mətni - 10. Deplores the continued actions taken by the Azerbaijani government to curb CONTACTS between civil society groups, youth activists and intellectuals in Armenia and Azerbaijan, which are of extreme importance for bridging the long hostility between the two countries), eləcə də

(3) "Azərbaycan hökuməti, müxalif qüvvələr, cəmiyyət arasında ciddi və qarşılıqlı hörmət əsasında dialoqun aparılmasının vacibliyini" (Qətnamənin mətni - 13. Underlines the importance of serious and MUTUALLY RESPECTFUL DIALOGUE between the EU and the government of Azerbaijan, the opposition forces and civil society) vurğulayan Avropa Parlamentinə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan gəncləri adından çağırış edir:

Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, bütün səylər hüquqi Azərbaycan dövlətinin möhkəmlənməsinə yönəldilməlidir. Qətnamədə bu təmin olunmadığı üçün Avropa Parlamentinin "insanları dərhal və şərtsiz azadlığa buraxmaq" çağırışları ikili standartlar kimi qəbul olunur. Hesab edirik ki, istənilən şəxsin hüquqların qorunması və ya bərpa olunması qanunlar çərçivəsində həyata keçirilməlidir.

30%-ini gənclərin təşkil etdiyi 1 milyon qaçqın və məcburi köçkünün hüquqlarının bərpa olunması prosesində fəal iştirak edilməli, 25 ildən artıq müddətdə Ermənistanın işğalçı siyasəti nəticəsində hər gün ön cəbhədə "qaynar TƏMAS" xəttində həlak olanlara laqeyidlik nümayiş etdirilməməlidir. Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında "vətəndaş təması" arzusunu reallaşdırmaq üçün cəbhə xəttində olan digər "qaynar təmas" nöqtələrini də unutmamalıdır ki, bu yalnız Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmasının təmin olunmasından sonra mümkündür.

Qətnamədə qeyd olunan "qarşılıqlı dialoq" prinsipləri rəhbər tutulmalıdır. Hesab edirik ki, qarşılıqlı dialoq və əməkdaşlığın istənilən forması "tənqid" və "sanksiya" amilləri olmadan həyata keçirilməldir. Yalnız bucür yanaşma "qarşılıqlı dialoq" aparılmasına əsas yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti