...

Qaradağda yüzlərlə vətəndaşa yeni şəxsiyyət vəsiqələri verilib

Cəmiyyət Materials 16 Sentyabr 2015 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Parlament seçkiləri öncəsi Bakının Qaradağ rayonunda yüzlərlə vətəndaşa yeni şəxsiyyət vəsiqələri verilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN-in rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

İşin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Qaradağ RPİ-nin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayonun Ələt, Qobustan, Sahil və Qızıldaş qəsəbələrində baş tutub.

Səyyar xidmət zamanı ümumilikdə 415 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti