...

Bakının daha iki küçəsində təmir-tikinti işləri aparılır (FOTO) (VİDEO)

Cəmiyyət Materials 19 Sentyabr 2015 11:09 (UTC +04:00)
Bakının Süleuman Sani Axundov və Əhməd Rəcəbli küçələrində təmir-tikinti işləri aparılır.
Bakının daha iki küçəsində təmir-tikinti işləri aparılır (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakının Süleuman Sani Axundov və Əhməd Rəcəbli küçələrində təmir-tikinti işləri aparılır.

"Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, prezident İlham Əliyevin göstərişinə əsasən kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin Abay Kunanbayev küçəsi ilə kəsişməsindən Mərkəzi Seçki Komissiyasının binasının qarşısınadək olah hissəsində, Əhməd Rəcəbli küçəsinin isə Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasındakı olan hissəsində görülür.

İşlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun aparılır. Təmir işləri aparılan müddətdə sözügedən küçələr hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanır.

Bu üzdən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri görülən işlərə anlayışla yanaşmalarına çağırır.

S.S.Axundov küçəsinin təmir aparılan hissəsinin uzunluğu 1120 metrdir, yolun hərəkət hissəsinin eni isə ortalama 13,5 metrdir. Burda uzun müddətdir ki, təmir işləri aparılmadığına görə, yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və maneəsiz şəkildə hərəkətində çətinlik yaradırdı. Məhz bütün bunlar nəzərə alınaraq sözügedən küçədə təmir işlərinə start verilib.

Təmir işləri zamanı köhnə asfalt örtüyünün üst qatı qaşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 14500 kvadrat metr sahəyə yeni asfalt beton örtüyünün döşənməsi planlaşdırılır. Bundan başqa təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdirilıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Anoloji işlər Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasındakı olan hissəsində də aparılır. Burda təmir olunan ərazinin uzunluğu 522 metr, yolun hərəkət hissəsinin eni isə ortalama 13 metrdir. Təmir-tikinti işləri çərçivəsində sözügedən küçənin 6700 kvadrat metr sahəsinə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti