...

Azərbaycanda son tunc dövrünə aid tarixi abidə aşkarlanıb

Cəmiyyət Materials 21 Sentyabr 2015 12:09 (UTC +04:00)
Azərbaycanda son tunc dövrünə aid olan tarixi abidə aşkarlanıb.
Azərbaycanda son tunc dövrünə aid tarixi abidə aşkarlanıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda son tunc dövrünə aid olan tarixi abidə aşkarlanıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrlə məsul əməkdaşı Pərviz Qasımovun Trend-ə verdiyi məlumata görə, professor Hidayət Cəfərovun rəhbərlik etdiyi "Qarabağ" arxeoloji ekspedisiyası əsaslı stasionar arxeoloji qazıntıları Ağdam rayonunun Mirəşelli və Yüzbaşılı kəndləri arasındakı Palıdlı nekropolunda aparıb.

2009-cu ildən planlı çöl-tədqiqatlarının aparıldığı Palıdlı nekropolunda bu ilki mövsum də daxil olmaqla 36 torpaq qəbri öyrənilib: "Tədqiqatların ilk günlərindən qeyd edildiyi kimi, Palıdlı nekropolunda tədqiqatlara başlayana qədər Qarabağda belə qəbir tiplərinə rast gəlinməmişdi. "Palıdlı" nekropolunda əvvəlki illərdə yalnız dəmir xəncər, yaxud dəstəyi tunc, tiyəsi dəmirdən olan xəncərə təsadüf olunsa da, bu il tədqiq edilmiş 34 saylı torpaq dəfnində tiyəsi dəmir, qını və başlığı tuncdan olan xəncərlərə ilk dəfə təsadüf olunur. Eyni sözləri at başı fiquru və skipetr haqqında da söyləmək olar. Tədqiqatçıların fikrincə, cavan cəngavərə - qoşun başçısına məxsus bu zəngin qəbir 2015-ci ilin elmi nailiyyətləri sırasına daxil edilə bilər. Bunu həm dəfn mərasimi, həm də maddi-mədəniyyət nümunələrinin zənginliyi söyləməyə imkan verir. Bu il tədqiq edilmiş qəbirlər e.ə. XII-XI əsrlərə, yəni son tunc dövrünə aid olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti