Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Elmir Murad/
Ötən illərlə müqayisədə bu il elektirk enerjisində pul yığımında yüksək nəticə qeydə alınıb. Bunu Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, Bakı ilə yanaşı, regionlarda da bu istiqamətdə irəliləyişlər var: "Amma hələ də ödəməni vaxtında etməyənlər var. Abonentlərlə yüksək səviyyədə münasibətlərimiz var. Bakı şəhərində işıq pulu yığımı 98 faiz göstərici ilə qeydə alınıb. Regionlarda da bu sahədə irəliləyişlər var. Bəzi abonentlər bəzən işıq pulu ödənişini gecikdirir, amma xəbərdarlıq və bildirişilərdən sonra ödəmələr olunur. İşıq pulu yığımında son zamanlar əldə etdiyimiz uğurlarda Kütləvi İnformasiya Vasitələrinin də payı var. KİV-də bu məsələnin təbliğindən sonra işıq pulu ödənişlərində artım müşahidə olunur".
Qurum rəsmisi həmçinin, işıq pulu yığımında "Azərişıq"-ın ən son yeniliklərdən istifadə etdiyini də qeyd edib. Belə ki, qurum işıq pulunun ödənməsi ilə bağlı hər bir abonentin telefonuna mesaj göndərərək ona bu barədə məlumat verir. T.Mustafayevin sözlərinə görə, gələcəkdə digər yeniliklərin olacağını da vurğulayıb.