...

Ucar, Şəmkir və Tərtər rayonlarında əmək yarmarkaları keçirəcək

Cəmiyyət Materials 28 Sentyabr 2015 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan Əmək yarmarkaları bu həftə 3 rayonda davam etdiriləcək. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TRend-ə verilən məlumata görə, növbəti Əmək yarmarkalarının sentyabrın 30-da Ucar, Şəmkir və Tərtər rayonlarında keçirilməsi planlaşdırılır.

İlkin məlumatlara əsasən, həmin rayonlar üzrə ümumilikdə 60 müəssisə üzrə 823 boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təklif edilməsi nəzərdə tutulur. Hər üc rayonda Əmək yarmarkaları saat 10:00-da başlayacaq.

Aktiv məşğulluq tədbirləri zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim olunacaq, həmçinin peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti