...

Anadangəlmə lal və kar uşaqların əməliyyat olunması üçün dövlət tərəfindən vəsait ayrılması təklif olunur

Cəmiyyət Materials 30 Sentyabr 2015 12:32 (UTC +04:00)
Azərbaycanda anadangəlmə lal və kar uşaqların əməliyyat olunaraq sağalması üçün lazım olan vəsaitin dövlət tərəfindən ayrılması təklif olunur.
Anadangəlmə lal və kar uşaqların əməliyyat olunması üçün dövlət tərəfindən vəsait ayrılması təklif olunur

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda anadangəlmə lal və kar uşaqların əməliyyat olunaraq sağalması üçün lazım olan vəsaitin dövlət tərəfindən ayrılması təklif olunur. Trend-in məlumatına görə, bu barədə təklif Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev tərəfindən irəli sürülüb.

Deputat qeyd edib ki, uşaqların anadangəlmə lal və karlığı 3 yaşa qədər implant qoyularaq əməliyyat olnmasa uşaqlar ömür boyu lal və kar qalar: "Azərbaycanda ildə 130-150 anadangəlmə lal və kar uşaq anadan olur və yeni texologiyalar tətbiq etməklə bu problem aradan qalxır. Bu əməliyyatlar Azərbaycanda uğurla həyata keçirilir".

M.Quliyev qeyd edib ki, bu əməliyyat təqribən 15-20 min manat tələb edir: "İldə 2-2.5 milyon manat vəsait ayırmaqla bu problemi tamamilə həll etmək olar. Hesab edirəm ki, bu vəsaiti ayırmaq dövlət üçün də çətinlik yaratmaz. Bu baxımdan bu məsələ ilə bağlı qanunvericiliyə dəyişiklik etməyi təklif edirəm".

Deputat Qənirə Paşayeva isə bildirib ki, uşaq lal və kar olanda dövlət 18 yaşa qədər onlara müəyyən məbləğdə müavinət verir: "Ancaq əgər qanunvericiliyə dəyişiklik etməklə bu uşaqlar vaxtında əməliyyat olunarsa, bu, həm dövlət, həm də cəmiyyət üçün daha faydalı olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti