Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elmir Murad/
Gün ərzində Milli Təhlükəsizlik Nazirliyində baş verən proseslərlə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Bu barədə məlumatı Trend-ə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.
Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.