Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Yazıçı-publisist Yunus Oğuz Tatarıstana səfəri çərçivəsində "Avropa-Asiya" - Dünya Kültürü Uluslararası Humanitar Akademiyasının fəxri akademiki adına layiq görülüb.
Trend-in məlumatına görə, Y.Oğuza fəxri akademik diplomu və "çiyinliy"ini akademiyanın rektoru Engel Rızakulı təqdim edib.
Qeyd edək ki, yazıçı-publisist Y.Oğuz Tatarıstana bu ölkənin Yazıçılar Birliyinin (TaYB) dəvəti ilə səfər edib. Səfər zamanı Tatarıstan Yazıçılar Birliyində Y.Oğuzun rus dilinə çevrilmiş bədii və elmi kitablarının təqdimat-müzakirəsi keçirilib.