...

Gənc marafonçular Azərbaycanın şimal sərhədindən cənub sərhədinədək qaçdılar

Cəmiyyət Materials 29 Oktyabr 2015 17:39 (UTC +04:00)
Sağlam həyat tərzini təbliğ edən Adil Məmmədli və Rüfət Nəcəfov adlı iki gənc 23-26 oktyabr tarixlərində Azərbaycanda növbəti marafon qaçışını həyata keçiriblər.
Gənc marafonçular Azərbaycanın şimal sərhədindən cənub sərhədinədək qaçdılar

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Sağlam həyat tərzini təbliğ edən Adil Məmmədli və Rüfət Nəcəfov adlı iki gənc 23-26 oktyabr tarixlərində Azərbaycanda növbəti marafon qaçışını həyata keçiriblər.

Gənclər bu dəfə Sahil qəsəbəsindən (Qaradağ) Astaraya kimi qaçış edərək siqaretə "yox" deyiblər. Azercell Telekom-un ikinci dəfə həyata keçirdiyi "Siqaretsiz həyat daha gözəldir" təşəbbüsünə qoşulan gənclər yol boyu Sahil qəsəbəsində, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astarada yerləşən Azercell Ekspres ofislərinə də baş çəkiblər. Onlar bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb olan siqaretdən uzaq durmağa səsləyiblər.

Adil və Rüfət marafon ərzində güvənli və keyfiyyətli mobil rabitə üçün Azercell-in xidmətlərini seçmişdilər. Mobil telefon, xüsusilə də GPS və mobil internet əsasında işləyən digər xidmətlər gənclərin doğru, sərbəst və təhlükəsiz şəkildə hərəkət etmələri üçün zəruri idi.

Marafonçumuz A.Məmmədli bu yürüş barədə fikirlərini bölüşüb: "Bu bizim 2-ci yürüşümüzdür. 24-27 iyul tarixlərində eyni şüar altında Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində qaçış etmişdik. "Siqaretsiz həyat daha gözəldir" layihəsi bizi ilk dəfədən maraqlandırdı, çünki Rüfətlə birlikdə sağlam həyatın tərəfdarıyıq. Hər zaman çalışmışıq ki, pis vərdişlərdən uzaq olaq, sağlam həyatdan zövq alaq. Odur ki, məmnuniyyətlə bu şüarı əsas tutaraq növbəti yürüşümüzü həyata keçirdik. Biz həm marafondan, həm də Azercell-in keyfiyyətli telekom xidmətindən çox razı qaldıq".

Layihəyə münasibət bildirən R.Nəcəfli isə bunları dedi: "Budəfəki qaçışımız soyuqlara düşsə də, marafondan böyük zövq aldıq. Yolda Azercell Ekspres-lərə baş çəkdik, şirkət işçiləri ilə görüşdük, şəkillər çəkdik. Xüsusilə vurğulamaq istərdim ki, qaçış zamanı bircə dəfə də olsun telefonlarımız bizi darda qoymadı. Həm zənglərdə, həm də mobil internetin, GPS xidmətinin istifadəsində "Azercell" həmişə olduğu kimi yüksək nəticə nümayiş etdirdi."

Məlumat üçün deyək ki, növbəti yürüş velomarafon olacaq. Gənclər velosipedlə ölkə boyunca yürüş edəcəklər və marafona qatılmaq istəyənləri https://www.facebook.com/Azercell-Marafon-AR-1028786513811611/?fref=ts Facebook səhifəsini izləməyə dəvət edirlər!

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti