...

Türkan və Zirə də aydınlığa çıxdı (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2015 20:33 (UTC +04:00)
Bakının Xəzər rayonunun Türkan və Zirə qəsəbələrinin içməli su təchizatının yenidən qurulması layihələrinin birinci mərhələsi yekunlaşıb.
Türkan və Zirə də aydınlığa çıxdı (FOTO)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Bakının Xəzər rayonunun Türkan və Zirə qəsəbələrinin içməli su təchizatının yenidən qurulması layihələrinin birinci mərhələsi yekunlaşıb.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, hər iki qəsəbəyə yeni yaradılmış infrastruktur vasitəsilə içməli suyun verilməsinə başlanılıb. Açılış mərasimlərində ASC-nin sədri Qorxmaz Hüseynov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov və sakinlər iştirak ediblər.

Türkan və Zirə qəsəbələrinin içməli su təchizatı sistemlərinin yaradılması layihələrinin icrasına 2015-ci ilin mart ayında başlanılıb. Hər iki qəsəbəni dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi seçilib. Türkan qəsəbəsini içməli su ilə təmin etmək üçün 280 mm diametrli borularla 4,2 km uzunluğunda magistral su xətti çəkilib. Qəsəbə ərazisində müxtəlif diametrli borularla 37 km-ə yaxın su şəbəkəsi yaradılıb, 800-dək evə birləşmə verilib və 400-dən artıq abonent smart sayğacla təmin olunub. Hazırda smart sayğacların quraşdırılması davam etdirilir.

Zirə qəsəbəsində həyata keçirilən layihə çərçivəsində isə 160 mm diametrli borularla 3 km uzunluğunda magistral su xətti çəkilib. Qəsəbə ərazisində müxtəlif diametrli borularla 30 km-ə yaxın su şəbəkəsi yaradılıb, 700-ə yaxın evə birləşmə verilib və 300-dən çox abonent smart sayğacla təmin olunub. Hazırda sayğaclaşma işləri davam etdirilir.

Qeyd edək ki, 11 500 nəfər əhalisi olan Türkan və 11 700 nəfər əhalisi olan Zirə qəsəbələrində mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayıb. Əhali suya olan tələbatını əsasən quyu suları hesabına ödəyib və ya içməli suyu maşınlarla alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti