• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Hərbi sahədən yazan jurnalistlər üçün təlim kursları başlayıb

5 Noyabr 2015 19:57 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün təlim kursları təşkil olunub.

Trend Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə "Dinc Dünya" Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, Mətbuat Şurası, Müdafiə Nazirliyi tərəfindən dəstəklənən "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi" layihəsi çərçivəsində keçirilən tədbirdə məlumat verilib.

Layihənin rəhbəri Əlsafa Mehdiyev bildirib ki, kurs Azərbaycan kütləvi informasiya vasitələri üçün ilk dəfə təşkil olunur. 2014-cü ilin avqustunda cəbhəyanı zonada gərginlik zamanı ölkə mediasının bu sahədə hazırlıqsızlığı üzə çıxdı. Layihə ekstremal şəraitdə işləyən jurnalistlərin özünü qoruması, düzgün informasiya alıb cəmiyyətə çatdırılmasının öyrədilməsi məqsədi daşıyır. Jurnalistlərin bu istiqamətdə təcrübə toplaması olduqca vacibdir. Layihə müddətində onlar hərbi jurnalistikanın incəliklərinə öyrənəcəklər. Eyni zamanda məqsəd mediada milli təhlükəsizliyə xələl gətirən informasiyalar yayılmasının qarşısının alınmasıdır.

Layihə çərçivəsində keçilən təlimlər hərbi sahəni işıqlandırmağın hüquqi-təcrübi-psixoloji normalarına, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına, cəbhədən xəbərlər yayan jurnalistlərin peşəkarlığının artırılmasına yönələcək.

Təlimin nəzəri hissəsi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində, praktiki hissə isə poliqon şəraitində keçiriləcək. Əvvəlcə təlim-tədris mərkəzində silah-sursatların taktiki-texniki xüsusiyyətləri öyrəniləcək, akkreditasiya qaydaları, son dövrün ekstremal jurnalistika təcrübəsi, müxbirin ekstremal şəraitdə davranış metodları tədris ediləcək.

Müdafiə Nazirliyinin poliqonunda təşkil ediləcək praktiki təlimdə isə döyüş meydanına oxşar şərait yaradılacaq və burada qarşıya çıxa biləcək təhlükəli vəziyyətlərdə davranış normaları, müşahidə aparmaq və informasiya toplamaq qaydaları öyrəniləcək.

Təlimə 50-dən çox jurnalistin cəlb olunması nəzərdə tutulur.

Məşğələlər Müdafiə Nazirliyinin zabit-mütəxəssis heyəti tərəfindən aparılacaq və iştirakçılara sertifikatlar təqdim olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, BDU-nun professoru Şirməmməd Hüseynov bildiriblər ki, ötən il cəbhədə baş verən hadisələr zamanı ictimaiyyətə yoxlanılmamış informasiyaların təqdim edilməsi və bəzi jurnalistlərin fəaliyyəti qənaətbəxş olmayıb. Professorlar jurnalistlərin ekstremal şəraitdə davranış və informasiya verilməsi qaydalarından, cəbhəyanı bölgədə özünümüdafiə məsələlərindənbəhs ediblər. Dövlət, millət, Vətən mənafeyini qorumağın müqəddəs borc olduğunu diqqətə çatdırıblar.

Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev müdafiə naziri Zakir Həsənovun KİV nümayəndələrinin cəbhəboyu zonada fəaliyyətinin tənzimlənməsi haqqında müvafiq əmrini xatırladıb. Bildirib ki, media cəmiyyətin inkişafı və formalaşmasında, Ordu quruculuğunda mühüm rol oynayır. Təqdim olunan layihə hərbi jurnalistika sahəsinə dair bütün məqamları əhatə edəcək. Media nümayəndələrinin hərbi jurnalistikaya meyl etməsi sevindiricidir. Lakin jurnalistlər hərbi sahədən yazarkən diqqətli olmalı, peşə və vətəndaşlıq borcuna vicdanla yanaşmalıdır. İdarə rəisi hərbi jurnalistlərin formalaşması və yetişdirilməsi sahəsində Müdafiə Nazirliyinin QHT-lərlə, cəmiyyətlə, müvafiq təşkilatlarla əməkdaşlığı baxımından tədbirin əhəmiyyətini qeyd edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib: "Ötən ilin avqustunda cəbhə xəttində yaranmış gərginlik zamanı media qurumlarının fəaliyyəti Mətbuat Şurasını da narahat edib. Hərbi məlumatlar yayan jurnalistlər bir çox məsələləri nəzərə almalıdırlar. Bu məsələ ilə bağlı dövlətimizin başçısı 2014-cü ilin sentyabrında cəbhəyanı zonada yerləşən jurnalistlərin davranış və məsuliyyətini tənzimləməklə bağlı sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə jurnalistlərlə görüş keçirilib. Hərbi xəbərlərin verilməsində qanunvericilikdə də bir sıra dəyişiklər edilib. Bu layihə Azərbaycanda hərbi sahədən yazan jurnalistlərimizin peşəkarlığının artırılmasına töhfə verəcək".

Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı qoşunların təmas xəttində yaranan gərginlik zamanı məlumatı ictimaiyyətə ilk mənbədən, dəqiq, müvafiq qurumla razılaşdırılmış şəkildə çatdırmağın vacib olduğunu vurğulayıb. Bu məqsədlə jurnalistlərin hərbi biliklərinin artırılması və hərbi qulluqçuların KİV-lərlə işləməsi ilə bağlı təlimat hazırlanaraq hərbi hissələrə göndərildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Müdafiə Nazirliyinin mətbuat xidməti informasiyanın mediaya ötürülməsi üçün zəruri işləri görür. Həmçinin jurnalistlər hərbi hissələrə getmək üçün qeydiyyatdan keçirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu son vaxtlar ordu quruculuğu sahəsində Müdafiə Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycanın bir sıra informasiya agentlikləri dünyanın ən uzaq nöqtələrinə xəbər ötürmək imkanına malikdir. U.Rəhimoğlu xarici jurnalistlərin cəbhəboyu zonaya səfərlərinin təşkil edildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev jurnalistlərə hər zaman diqqət və qayğı göstərir. Bütövlükdə götürdükdə, Azərbaycan jurnalistikası hər zaman ordunun yanındadır.

Digər çıxış edənlər sosial şəbəkələrin, vətəndaş jurnalistikasının da informasiya yayılmasında məsuliyyətini qeyd edib, belə layihələrin hərbi jurnalistikaya marağın artması baxımından faydalı olmasından danışıblar.

Sonra təlimlərə start verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • hərbi sahədən yazan jurnalistlər
  • təlim kursları
Digər xəbərlər
Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda növbəti təlim kursuna başlayıb (FOTO)
İqtisadiyyat 4 Dekabr 2018 13:59
Bakıda NATO-nun təlim kursları keçirilib (FOTO)
Cəmiyyət 27 Sentyabr 2018 16:13
6100 nəfər özünüməşğulluq proqramı üzrə təlim kurslarına cəlb edilib
İqtisadiyyat 29 Avqust 2018 16:39
Özünüməşğulluq proqramı üzrə artıq 3500-dən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib
Cəmiyyət 2 Avqust 2018 15:39
Xalçaçılıq üzrə növbəti tədris-hazırlıq kurslarına başlanılıb (FOTO)
Mədəniyyət 12 İyul 2018 12:11
Hərbi sahədən yazan jurnalistlər xüsusi təlimlərə cəlb olunacaq (FOTO)
Cəmiyyət 22 Sentyabr 2015 16:46
Xəbər lenti
UNEC tələbələrinin sərgisi “İçərişəhər” stansiyasında
Gündəm 19:41
3-cü mikrorayon bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (VİDEO)
Hadisə 18:59
Yanğın baş verən ərazidə elektrikin verilişi dayandırılıb
Energetika 18:34
“Beynəlxalq ordu oyunları - 2020” gələn il avqustda başlayacaq (FOTO)
Siyasət 17:50
Fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradılacaq
İqtisadiyyat 17:39
Cəlilabadda həmyerlisinin şantajla 50 min manat pulunu və avtomobilini alan şəxs saxlanılıb (FOTO)
Hadisə 17:30
Masallıda payız ağacəkmə kampaniyası keçirilib (FOTO)
Cəmiyyət 17:24
Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib
Siyasət 17:19
"Taliban" hərbçilərə hücum etdi - 25 ölü
Dünya xəbərləri 17:06
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri