...

Yağış Ziya Bünyadov prospektində hərəkəti iflic etdi

Cəmiyyət Materials 9 Noyabr 2015 15:13 (UTC +04:00)
Aramsız yağan yağışlar Ziya Bünyadov prospektində avtomobillərin hərəkətini iflic edib.
Yağış Ziya Bünyadov prospektində hərəkəti iflic etdi

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir Elmir Murad/

Aramsız yağan yağışlar Bakının Ziya Bünyadov prospektində avtomobillərin hərəkətini iflic edib. Ərazidəki ticarət mərkəzlərinin qarşısında gölməçələr yaranıb.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, hazırda sözügedən ərazidə qurumun xüsusi maşın və briqadası işləyir: "Aramsız yağışlar Ziya Bünyadov prospektində, Elit Ticarət Mərkəzinə yaxın ərazidə problemlər yaradıb. Amma hazırda əməkdaşlarımız xüsusi maşınlarla qalıq suları çəkirlər. Ümid edirik ki, çox qısa vaxtda problem aradan qalxacaq".

Qeyd edək ki, dünəndən yağan yağışlar Bakının bir sıra yerlərində qalıq sular, gölməçələr əmələ gətirib. Bu isə avtomobillərin hərəkətində problemlər yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti