...

İtkin düşən balıqçılardan daha birinin meyiti tapildi

Cəmiyyət Materials 12 Noyabr 2015 11:18 (UTC +04:00)
Noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən üç balıqçıdan daha birinin - İlqar Daşdəmirovun meyidi tapılıb.
İtkin düşən balıqçılardan daha birinin meyiti tapildi

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən üç balıqçıdan daha birinin - İlqar Daşdəmirovun meyidi tapılıb.

Trend-in əldə etdiyi məlumata görə, İ.Daşdəmirovun meyidi bu gün səhər saatlarında tapılıb.

Hadisə baş verdikdən sonra itkin düşən üç balıqçının axtarışlarına bir helikopter və FHN-nin Xaçmaz regional bürosunun əməkdaşları cəlb olunmuşdu.

İtkin düşən balıqçılardan birinin Həmzə Nurəddinovun meyidi ötən həftə tapılmışdı. Laçın Laçınovun meyidinin isə hələlik tapılmadığı bildirilir.

İtkin düşən balıqçılardan ikisi - Həmzə Nurəddinov, Laçın Laçınov rayonun Tikanoba kənd sakinləridir, İlqar Daşdəmirov isə Uzunoba kənd sakinidir.

Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib və bu barədə FHN-ə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti