...

Azərbaycanda 4 mindən çox insanın ölkədən çıxması məhdudlaşdırılıb

Cəmiyyət Materials 20 Noyabr 2015 11:13 (UTC +04:00)
2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə məhkəmə icra işlərinin sayı 53 faiz artaraq 350 mini ötüb. Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.
Azərbaycanda 4 mindən çox insanın ölkədən çıxması məhdudlaşdırılıb

Bakı. Elçin Mehdiyev - Trend:

2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə məhkəmə icra işlərinin sayı 53 faiz artaraq 350 mini ötüb. Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.

F.Məmmədov bildirib ki, görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb: "Eyni zamanda, qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3.250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb".

F.Məmmədov qeyd edib ki, Ədliyyə Nazirliyinin İstintaq idarəsində məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 360-dan çox cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti