...

AMEA-da çalışan alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər

Cəmiyyət Materials 27 Noyabr 2015 18:02 (UTC +04:00)
Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılığa əsasən, AMEA-da çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər keçəcəklər.
AMEA-da çalışan alimlər məktəblərdə nümunəvi dərslər keçəcəklər

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılığa əsasən, AMEA-da çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər keçəcəklər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində "Elmdən Təhsilə" adlı proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil ediləcək.

AMEA alimlərinin elmi və elmi-populyar mövzular üzrə tədris edəcəkləri dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və tanınmış alimlərin ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir.

Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin əsas qayələrindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti