...

Bakıda tunel üzərində daha bir parklanma yeri ləğv edildi (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2015 17:11 (UTC +04:00)
Avtomobil tuneli üzərində daha bir parklanma yeri ləğv edildi
Bakıda tunel üzərində daha bir parklanma yeri ləğv edildi (FOTO)

Bakı. Trend:

Bakının Ziya Bünyadov prospektində, "3-cü mikrorayon bazarı"nın qarşısında yerləşən avtomobil tunelinin üzərindəki qanunsuz parklanma yeri Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən ləğv edilib.

ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, parklanma yerinin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilib. Əraziyə nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq üçün giriş hissəyə beton maneə də qoyulub.

Bu cür addımların parklanma yeri kimi hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Bundan başqa, yolötürücülərin (avtomobil körpülərinin) alt hissəsində də mövcud parklanma yerlərinin ləğvi planlaşdırılır. Çünki bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır.

Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aidiyyəti üzrə müraciət olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti