...

"Günəşli" yatağında yanğından xilas olmuş şahidin xatırladıqları (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2015 14:27 (UTC +04:00)

Bakı. Samir Məmmədov - Trend:

"Hadisə haqqında yadlmda qalan odur ki, axşam saatlarında platformanın şimal tərəfində güclü külək nəticəsində qəflətən yanğın baş verdi. Həmin anda həyəcan siqnalı verildi".

Bunu Trend-ə "Günəşli" yatağında baş vermiş yanğından xilas olmuş SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülün rəisi Allahverdi Məmmədov deyib.

A.Məmmədov bilidirb ki, həyəcan siqanlının ardınca dərhal platformadakı neftçilər xilasetmə jiletlərini geyərək qayıqlara miniblər: "Güclü külək əsirdi, ona görə də yanğın çox qısa müddətdə bütün platformaya yayıldı. Platformada 60-dan artıq neftçi var idi. İşçilərin dərhal təxliyəsinə başladıq. Bizim qayıqda 27 nəfər var idi. Qonşu qayıqdakıların aqibətindən xəbərimiz olmadı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti