Bakı. İlhamə İsabalayeva-Trend:
"Günəşli" yatağında baş vermiş yanğının geç söndürülməsinin səbəbi açıqlanıb.
Trend-in məlumatına görə, "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, hazırda dənizdə dalğanın hündürlüyü 2,5-3 metrdir: "Bu, əvvəlki günlərə nisbətən çox aşağı dalğa sayılır və normal işləmək ehtimalımızı artırır. Amma bu, özü də müəyyən qədər yanğının söndürülməsinə mane olur".
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.