...

Sabah Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılacaq

Cəmiyyət Materials 9 Dekabr 2015 11:40 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həbsindən verilən apelyasiya şikayətinə baxılmasının vaxtı müəyyən edilib.
Sabah Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılacaq

Bakı. Samir Məmmədov-Trend:

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həbsindən verilən apelyasiya şikayətinə baxılmasının vaxtı müəyyən edilib.

C.Hacıyevin vəkili Aqil Layicovun Trend-ə verdiyi məlumata görə, apelyasiya şikayətinə dekabrın 10-da Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Şikayətə hakim Qədim Babayevin sədrliyi ilə baxılacağı bildirilir.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma), 312. (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qərarla razılaşmayan C.Hacıyev həbs qərarından apelyasiya şikayəti verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti