...

Kiyevdə təntənəli həmrəylik bayramı keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2015 19:47 (UTC +04:00)
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kiyev şəhərindəki "Hyatt Regency" mehmanxanasının böyük ziyafət salonunda Yeni il və Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram şənliyi keçirilib.
Kiyevdə təntənəli həmrəylik bayramı keçirilib (FOTO)

Bakı.Trend:

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kiyev şəhərindəki "Hyatt Regency" mehmanxanasının böyük ziyafət salonunda Yeni il və Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram şənliyi keçirilib.

Tədbirdə Ukraynanın hökumət və dövlət rəsmiləri, Ali Radanın və Kiyev şurasının deputatları,Azərbaycan səfirliyinin diplomatları,Uraynanın müxtəlif vilayət və şəhərlərində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri,media və diaspora məsələləri üzrə dövlət komitəsinin təmsilçiləri iştirak edib.

Azərbaycan və Ukraynanın dövlət himninin sədaları altında başlanan tədbiri Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri,Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev açaraq, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dünya azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən danışıb.24 il bundan öncə əsası qoyulmuş 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik gününün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın birlik və məvkurə bayramına çevrildiyini vurğulayıb.

Tədbirə qatılanları qarşıdan gələn yeni il və həmrəylik bayramı münasibəti ilə təbrik edən R.Tağıyev son illər Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə həyata keçirilən qlobal beynəlxalq iqtisadi layihələrdən danışıb.2015-ci ildə ölkəmizdə 1-ci Avropa olunlarının keçirilməsini Azərbaycanın dünyada əldə etdiyi uğurların əyani təzahürü kimi səciyyələndirib.Qeyd edibki,müstəqillik tarixlərini qoşa addımlayan Azərbaycanla Ukrayna dövləti beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınır.Hər iki dost ölkə prinsipal məsələlərdə daima bir birinə dəstək verməklə,ərazi bütövlüyünü bərqərar edib dünyada sülhün və əminamanlığın müdafiəçiləri kimi tanınacaqlar.

Tədbirdə Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev, Ukrayna Ali radasının deputatları, Serqey Taruta, Maksim Kuryaçiy,Sergey Rudik, Sergey Melniçuk,Ukrayna Mədəniyyət və Turizm nazirinin müavini Andrey Vitrenko, Ukrayna Milli Olimpiya Komitəsinin sədr müavini Ravil Safiulin, Diaspora məsələləri üzrə dövlət komitəsinin nümayəndəsi Ruslan Quliyev, Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev, Xarkov Vilayət təşkilatının sədri Qurban Abbasov, Lvov Vilayət təşkilatının sədri Teymur Məmmədov, Nikolayev vilayət təşkilatının sədri Yunis Əliyev və digər rəsmi şəxslər çıxış edərək, Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar.

Qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə xalqlarımıza xoş və səmimi fikirlərini çatdıran natiqlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü munasibətilə təbrik edərək Ukrayna xalqının böyük dostuna uzun ömür, can sağlığı arzulayıblar.

Müstəqil Azərbaycan dövlətinin dahada çiçəklənməsi naminə gördüyü işlərə görə dövlət başçımıza uğurlar arzulayıblar. Bayram süfrəsi ətrafında davam edən tədbirdə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasovun ifa etdiyi həzin mahnılar mərasim iştirakçılarına xoş və yadda qalan anlar yaşatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti