...

ETSN balıqçıların etirazına cavab verdi: Balıqçı ovlama bileti almalıdır

Cəmiyyət Materials 8 Yanvar 2016 14:19 (UTC +04:00)
Hər bir balıqçı balıq ovlamaq üçün qanuna müvafiq qaydada ovlama bileti almalıdır.
ETSN balıqçıların etirazına cavab verdi: Balıqçı ovlama bileti almalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Hər bir balıqçı balıq ovlamaq üçün qanuna müvafiq qaydada ovlama bileti almalıdır.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru Rasim Həsənov Neftçalada balıqçıların etirazına münasibət bildirərkən deyib.

Etiraz edən balıqçıların qanunsuz balıq ovu ilə məşğul olduğunu deyən R.Həsənov qeyd edib ki, həmin şəxslərdən qanunun tələblərinə riayət edilməsi tələb edilir: "Biz qanun çərçivəsində bu şəxslərdən tələb edirik ki, qanuni prosedurlara əməl etsinlər, sadələşdirilmiş qaydada balıq ovlama bileti alsınlar. Hər şeyi qanuni qaydada həll etmək mümkündür. Biz brakonyerliyin qarşısını alırıq. Bununla razılaşmayanlar, etiraz edənlər rayonda qanunsuz balıq ovuna himayədarlıq edənlərdir. Bu, çıxış yolu deyil. Balıqçılar yerlərdəki qanunsuz balıq ovuna dəstək verən və etiraz edənlər bəzi himayədarların fitnəsinə getməsinlər. Hər kəs sadəcə qanuni tələblərə əməl etməlidir".

Qeyd edək ki, bu gün Neftçalanın bir necə kəndindən olan 100-ə yaxın balıqçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ilişkən torlarla balıq ovuna qadağanın qoyulmasını əsas gətirərək etiraz aksiyası keçiriblər. Hadisə yerinə gələn ETSN-in nümayəndələri aksiya iştirakçıları ilə danışıqlar apardıqdan sonra balıqçılar aksiyanı dayandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti