...

Azərbaycanda sahibkarlar kütləvi turizmi inkişaf etdirə bilərlər

Cəmiyyət Materials 13 Yanvar 2016 18:22 (UTC +04:00)
Azərbaycanda turizm sahəsində çalışan sahibkarlar kütləvi turizmi inkişaf etdirmək yolu ilə ümumilikdə turizm sahəsini inkişaf etdirə bilərlər.
Azərbaycanda sahibkarlar kütləvi turizmi inkişaf etdirə bilərlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm sahəsində çalışan sahibkarlar kütləvi turizmi inkişaf etdirmək yolu ilə ümumilikdə turizm sahəsini inkişaf etdirə bilərlər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

M.Ağakərimov qeyd edib ki, ölkədə turizm xidmətlərinin qiymətlərində artım nəzərə çarpmır. Onun sözlərinə görə, turizm şirkətləri qiymət siyasətində ehtiyatlı olmalıdırlar: "Qiymət siyasətinə böhranın ilk illərində xüsusilə diqqət yetirmək lazımdır. Buna görə də turizm şirkətlərinə, nəqliyyat şirkətlərinə tövsiyə olunur ki, indi çox qazanc dalınca qaçmasınlar. Biz, ilk növbədə, Azərbaycana turist cəlb etməliyik. Sonra əlavə xidmətlər göstərməklə qazancı artırmaq mümkündür. Başqa ölkələrin turizm təcrübəsinə baxdıqda görmək olur ki, onlar turist cəlb etmək üçün müxtəlif reklam, marketinq üsullarından istifadə edirlər. Əksər ölkələr, məsələn, Türkiyə müxtəlif çeşidli əlavə turizm xidmətləri göstərməklə gəlir əldə edir. Bu əlavə xidmətlərin icərisində həm də suvenirlər, müxtəlif turizm növləri var. Biz də buna çalışmalıyıq".

O bildirib ki, Azərbaycanda aztəminatlı turistlərin də istirahətini təmin etməkdən ötrü ucuz qiymətə xidmət göstərən hotellər inşa edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti