...

Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi

Cəmiyyət Materials 19 Yanvar 2016 17:11 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş geniş anım mərasimi keçirilib. Trend-in məlumatına görə, öncə Sarayın xidməti girişində 20 Yanvar faciəsini əks etdirən kitab və foto stendə baxış keçirilib.

Daha sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam edib. 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edərək, dinc sakinlərinə qarşı törədilmiş ən qəddar cinayətlər sırasında yer alan 1990-ci il yanvar hadisəsinin xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biri olduğunu bildirib.

F.Babayev çıxışında bildirib ki, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımız həm də mübarizliyini, yenilməzliyini, qəhrəmanlığını, Vətənə sədaqətini, uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşmaq və suverenlik əldə etmək istəyini nümayiş etdirdi. Məhz bunun nəticəsində, xalqımız milli azadlığına qovuşdu və Azərbaycan şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyini əldə etdi, dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu.

Tədbir 20 Yanvar faciəsini əks etdirən sənədli filmin nümayişi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti