...

20 Yanvar faciəsi Küveyt mətbuatında

Cəmiyyət Materials 21 Yanvar 2016 14:47 (UTC +04:00)
20 Yanvar faciəsi Küveyt mətbuatında geniş işıqlandırılıb.
20 Yanvar faciəsi Küveyt mətbuatında

Bakı. Trend:

20 Yanvar faciəsi Küveyt mətbuatında geniş işıqlandırılıb.

Xalqımızın müstəqillik tarixində qanlı iz buraxmış 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik olan "Əl-Nahar" qəzetində "Azərbaycan Səfirliyi: 20 Yanvar Azərbaycan tarixində şanlı səhifədir", "Əl-Ray" qəzetində "Azərbaycan Səfirliyi: Bakıya hücum insan hüquqlarının ən dəhşətli şəkildə pozulmasıdır" və "Əl-Kuveytiyyə" qəzetində isə "Azərbaycan Səfirliyi: Qara Yanvar hadisələrindən 26 il keçir" başlıqları altında məqalələr dərc edilmişdir.

Azərbaycanın Küveytdəki Səfirliyindən Trend-ə verilən məlumata görə, məqalələrdə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları, beynəlxalq hüquq normaları kobudcasına pozularaq 30 min nəfərdən ibarət sovet ordusu əsgərinin və zirehli texnikasının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə yeridilməsi, nəticədə öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulması barədə ətraflı məlumat verilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər nəticəsində 131 nəfərin öldürüldüyü, 744 nəfərin yaralandığı bildirilib və öldürülənlər arasında ən azyaşlı uşağın 7, gəncin 16 və qocanın 80 yaşlarında olduğu qeyd edilib, yaralı insanları xəstəxanalara daşıyan təcili yardım avtomobillərinin, hətta xəstəxanaların tanklardan və avtomatlardan atəşə tutulduğu vurğulanıb.

Eyni zamanda, məqalələrdə hər ilin 20 Yanvar tarixində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı tərəfindən ehtiramla yad edildiyi, 100 minlərlə insanın onların şərəfinə salınmış Şəhidlər Xiyabanını ziyarət etdiyi, bu qanlı hadisənin və şəhidlərimizin xatirəsinin yaddaşlardan heç bir zaman silinməyəcəyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti