...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "2015-ci ilin adamı" elan olundu

Cəmiyyət Materials 21 Yanvar 2016 21:46 (UTC +04:00)
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəikili, birinci xanım Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "2015-ci ilin adamı" elan olundu

Bakı. Trend:

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, birinci xanım Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mükafata Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi geniş miqyaslı fəaliyyətə, Azərbaycan və Dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasına verdiyi töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu 2005-ci ildə də Mehriban Əliyevaya "ilin adamı" mükafatını təqdim etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti