Səlim Müslümov: Bütün bölgələrdə əmək yarmarkaları təşkil olunacaq (FOTO)

Səlim Müslümov: Bütün bölgələrdə əmək yarmarkaları təşkil olunacaq (FOTO)

Bakı. Trend:

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 30-da Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin uzunmüddətli tərəqqisini stimullaşdıran sosial-iqtisadi siyasətinin uğurlarından bəhs edib, son 12 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb. Bu dövrdə 3,4 dəfə iqtisdai artım əldə edən Azərbaycanın qlobal iqtisadiyyatda mühüm rola malik nəhəng layihələrə müəlliflik etdiyini və beynəlxalq nüfuzunun xeyli yüksəldiyini bildirən nazir aparılan siyasətin sosial yönümlü olduğunu və hər bir vətəndaşın firavanlığına yönəldiyini vurğulayıb: "Qeyri-neft sektorunun genişlənərək ÜDM-də 70 faizə çatması, özəl sektorun iqtisadiyyatda payının 80 faizi keçməsi şəraitində 1,5 milyondan çox iş yeri yaradılaraq əmək bazarında sabitliyə nail olunub. Qlobal böhranla əlaqədar hətta Avropa İttifaqında işsizliyin 9,6 faizə yüksəldiyi halda, Azərbaycanda bu göstərici MDB-də ən aşağı səviyyəyə - 5 faizə enib. Son 12 ildə əhalinin gəlirləri 7 dəfə, adambaşına gəlirlər 6 dəfə artıb. 2003-cü illə müqayisədə işçilərə əmək ödənişlərinin ümumi məbləği 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, 6,6 dəfədən çox artıb. Orta aylıq əmək haqqı 5,6 dəfədən çox, ötən ilin 11 ayında isə 4,5 faiz artaraq 462 manata çatıb".

Nazir bildirib ki, dünyada böhran proseslərinin kəskinləşdiyi, regionda hərbi-siyasi vəziyyətin gərgin xarakter aldığı, geosiyasi risklərin artdığı, ölkəmizə xaricdən mənfi iqtisadi təsirlərin gücləndiyi 2015-ci ildə belə Azərbaycanın inkişaf dinamikası qorunub saxlanıb: "Belə bir şəraitdə ötən il respublikada 1,1 faiz iqtisadi artıma nail olunması, o cümlədən qeyri-neft sənayesində 8,4 faiz artımın əldə edilməsi, əhalinin gəlirlərinin 5,7 faiz çoxalması, Azərbaycan iqtisadiyyatına daha 20 milyard dollar sərmayə qoyulması mühüm uğur kimi dəyərləndirilə bilər".

S.Müslümov Azərbaycan Prezidentinin güclü sosial siyasətinin ötən il də bütün sosial proqramların uğurlu icrasına şərait yaratdığını vurğulayıb: "İl ərzində orta hesabla 112 663 ailəyə (492 337 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ödənilib və bu yardımların bir ailəyə düşən orta aylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 152,6 manata çatıb. Ölkə əhalisinin 4,8 faizinə və ya 463 min nəfərə yaxın insana aylıq və birdəfəlik sosial müavinət, 54,6 min nəfərdən çox şəxsə Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilib. Müharibə əlilləri və şəhid ailələrinə 281 mənzil, gözdən əlillərə 132 mənzilli yaşayış binası, dövlət uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim olunub, müharibə əlillərinə 400 minik avtomobili verilib".

Nazir bildirib ki, dünya ölkələrində iqtisadi böhranla əlaqədar sosial sahə üzrə xərclər məhdudlaşdırıldığı halda, Azərbaycanda bu sahəyə dövlət qayğısı artmaqda davam edir: "Məsələn, ötən il dövlət büdcəsi xərclərinin 31,9 faizi (5665,9 milyon manat) məhz sosial təyinatlı xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) olub ki, bu da 2014-cü illə müqayisədə 3,4 faiz çoxdur".

S.Müslümov son vaxtlarda xarici mənfi iqtisadi təsirlərin güclənməsi, digər ölkələrdə milli valyutaların kəskin ucuzlaşması səbəbindən manatın devalvasiyaya məruz qaldığı şəraitdə də dövlət başçısının ilk növbədə əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsini hökumət qarşısında əsas vəzifə kimi müəyyən etdiyini vurğulayıb: "Neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşması ilə bağlı dövlət büdcəsi gəlirlərinin azalmasına, bu səbəbdən bir sıra layihələr üzrə xərclərin azaldılmasına baxmayaraq, Prezident cənab İlham Əliyev heç bir sosial proqramın qətiyyən təxirə salınmayacağını, bütün sosial proqramların davam etdiriləcəyini bəyan edib: "Bu ayın ikinci yarısı ərzində cənab Prezident tərəfindən yalnız əhalinin sosial müdafiəsi ilə bağlı 23 Fərman və Sərəncamın imzalanması indiki şəraitdə əhalinin sosial rifah halının yüksəldilməsinin dövlət başçısının ən çox diqqət yetirdiyi məsələlərdən biri olduğunu göstərir. Bu fərman və sərəncamlarla ölkədə əmək haqlarının artırılması ilə yanaşı, əmək pensiyaları və sosial müavinətlərin, Prezident təqaüdlərinin, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətlərin və s. sosial ödənişlərin artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı dövlət sosial yardımı üçün əlavə vəsaitin ayrılması təmin edilib".

Çoxsaylı iş yerlərinin yaradılması ilə yanaşı, son vaxtlarda iş yerlərinin bağlanması hallarının da baş verdiyini qeyd edən S.Müslümov dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, qeyri-neft sektorunun inkişafını, özəl sektorun genişlənməsini, yeni iş yerlərinin açılmasını, əmək bazarında işçi qüvvəsinə tələbin artmasını stimullaşdıran tədbirlərin həyata keçirildiyini bildirib: "Bununla bərabər, işsiz və işaxtaran işaxtaran şəxslərin işlə təmin olunması üçün artıq iri işəgötürənlərlə birgə tədbirlər görülməsinə başlanılıb. Vakant iş yerlərinin yaradılması, həmçinin haqqı ödənilən ictimai işlərin təşkil olunması üçün işlər həyata keçirilməkdədir. Bundan başqa, bütün bölgələr üzrə əmək yarmarkaları təşkil olunacaq".

S.Müslümov dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin 2016-2025-ci illər üzrə Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasına başlandığını qeyd bildirib: "Layihədə ölkəmizdə müsbət demoqrafik meyllər, əhalinin artımı nəzərə alınmaqla yeni iş yerlərinin daim artırılması əsas hədəflərdən biri kimi müəyyən olunacaq. Əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi, sahibkarlığın inkişafı, infrastruktur layihələrində, dövlət investisiya xərclərində məşğulluq amilinin önə çəkilməsi, rəqabətədavamlı kadr potensialının yaradılması, peşə-ixtisas təhsilinin əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşdırılması, işsizlkdən icbari sığorta sisteminin tətbiqi və s. zəruri tədbirlər Konsepsiyada əksini tapacaq. Sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişaf etdirilməsinə də önəm veriləcək, çünki bu amil də məşğulluq siyasətində çox vacib rola malikdir".

Nazir əmək və sosial təminat sistemində aparılan islahatlar barədə də Ağsu rayon sakinlərini ətraflı məlumatlandırıb, görülən işlərin ilk növbədə əhalinin müasir və şəffaf xidmətlər sistemi ilə əhatə olunmasına yönəldiyini bildirib.

Görüşdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Prezident cənab İlham Əliyevin regionların hərtərəfli inkişafına diqqət və qayğısının Ağsu rayonunda da mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratdığını, qazanılan uğurların, geniş tikinti-quruculuq və abadlıq işlərinin ötən il də davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, 2015-ci ilin sentyabrında Ağsu rayonuna səfəri zamanı Prezident cənab İlham Əliyevin iştirakı ilə açılışı olan içməli su şəbəkəsi, idman kompleksi, YAP rayon təşkilatı üçün yeni bina, əsaslı şəkildə yenidən qurulan şahmat məktəbi rayonun sosial-iqtisadi, ictimai həyatında xüsusi önəm kəsb edir. Rayonda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün mühüm işlər aparılır. Dövlət başçısının rayona səfəri zamanı vurğuladığı kimi, taxılçılıqda orta məhsuldarlıq bu gün Azərbaycanda ilk dəfə olaraq 30 sentnerdən yuxarıdır. Ağsu rayonunda isə təqribən 35 sentner təşkil edir. Rayonda sosial məsələlərin həlli, məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən tədbirləri də diqqətə çatdıran Ə.Seyidəliyev 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarına dair konfransda Prezident cənab İlham Əliyevin regionların inkişafı ilə bağlı tapşırıqlarının Ağsu rayonunda da uğurlu icrası üçün səylərin daim artırılacağını bildirib.

Görüşdə S.Müslümov rayon ictimaiyyətinin nümayəndələrinin əmək hüquqlarının qorunması, xüsusilə məşğulluğun təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı rəy və təkliflərini də dinləyib, onların həmin sahələrlə bağlı müraciətlərini cavablandırıb. Ayrı-ayrı vətəndaşların müraciətlərində əksini tapan sosial məsələlərin həlli ilə bağlı müvafiq işlərin aparılacağı diqqətə çatdırılıb.

Rayon sakinləri ölkənin bütün bölgələrinin, o cümlədən Ağsu rayonunun sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıdan, əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən, habelə regionlarda belə görüşlərin təşkil olunmasından razı qaldıqlarını bildirib və dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
Loading Bars
Xəbər lenti
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Ağsu icra başçısı dəfn olundu
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb (FOTO)
Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdədir (FOTO)
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi (FOTO/VİDEO)
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
ABŞ-da edam üsullarının sayı artırılıb
Kəlbəcər rayonunun İstisu qəsəbəsi (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay
Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq - Erməni əsgərindən etiraf
Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan qəhrəmanımız (FOTO)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
BŞBPİ-də bu vəzifə ləğv edildi
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Bağlanmış bankların əmanətçilərinə 600 milyon manata yaxın kompensasiya ödənilib
Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VIDEO)
Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb (FOTO)
Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib
Fransa Senatı tərəfindən qəbul edilən qətnamə beynəlxalq hüquq pozuntusur - Fransa parlamentinin fəxri üzvü
ABŞ-ın Los-Anceles dairəsinin hakimiyyəti sakinlərə evdən çıxmamağı tövsiyə edib
Üsyançılar Eritreya paytaxtına raket atıblar
Yaponiya sahillərində quru yük gəmisi və balıqçı gəmisi toqquşub
ABŞ-da koronavirusa yoluxanların sayı 13 milyonu keçdi
"OPEC plus" nazirlər komitəsinin qeyri-rəsmi görüşü təxirə salındı
Bakıda gözətçi köşk yanıb, 1 nəfər ölüb
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Argentinada Dieqo Maradonanın ölümü ilə əlaqədar araşdırma başlayıb
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb
Sumqayıtda azyaşlı bağlı qapı arxasında qalıb
Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Avtomobillərinin aylıq yürüş normasının qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək qurumların sayı artırılıb
Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb
Ağsunun icra başçısı dünyasını dəyişdi
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində (FOTO)
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir - Nazirlik
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
İranda sui-qəsd: Nüvə-raket alimi öldürüldü
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr olub
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub
Azərbaycanda neft məhsullarının istehsalı azalıb
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib (FOTO)
Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasında iştirak edib
Azərbaycan itkilərini tam minimallaşdıra bildi - ŞƏRH
Məhkəmələrdə bəzi işlərə baxılması təxirə salınır - QƏRAR
BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib
“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib
Unibank daha 3 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu gerçəkləşdirdi (FOTO)
Şənbə və bazar günləri Bakıda bütün marşrutlar fəaliyyətini dayandıracaq - BNA
AzTU-da yeni kafedra və şöbələr yaradıldı
Noyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir (FOTO)
Sumqayıt Texnologiyalar Parkı Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulur
Şimali Koreyada karantin tələblərini pozan gömrük işçisi edam edilib
Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib
İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir - İtaliyan senator
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır (FOTO)
Almaniya Bundestaqı davamlı sülh üçün Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib
Anasız böyümüşəm, anam Vətənimdir - "Maştağa 1 N-li internat" yazısı ilə məşhurlaşan əsgərimiz (FOTO)
Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
700 minə hektara yaxın sahədə payızlıq taxıl səpini həyata keçirilib
Yerevanda əsgər anaları aksiya edib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə qədəm qoymuşuq – Ceyhun Bayramov (FOTO)
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - Deputat
Putin Təhlükəsizlik Şurasının iclasında sülhməramlıların işini müzakirə edib
Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi üçün davamlı iş aparır - Ceyhun Bayramov
Evi tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlandı (FOTO)
Bütün xəbərlər