...

İtkin düşmüş neftçinin cəsədi Azərbaycana gətirilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 30 Yanvar 2016 23:07 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti Azərbaycana gətirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb.

Neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti aidiyyəti üzrə təhvil verilib.

X X X

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, neftçinin nəşi yaxın saatlarda vətənə gətiriləcəkdir.

Daha öncə, Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana yol düşmüşdür.

X X X

Fövqaladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə Türkmənistan sahillərində tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 29 yanvar 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti