...

Paytaxtda daha bir yol təmirə bağlanır

Cəmiyyət Materials 1 Fevral 2016 14:29 (UTC +04:00)
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin Abbas Mirzə Şərifzadə və Həsən bəy Zərdabi küçələri arasında yerləşən təqribən 320 metrlik hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq bağlanacaq.
Paytaxtda daha bir yol təmirə bağlanır

Bakı. Trend:

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin Abbas Mirzə Şərifzadə və Həsən bəy Zərdabi küçələri arasında yerləşən təqribən 320 metrlik hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq bağlanacaq.

Bu barədə Trend-ə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, sözügedən küçənin həmin hissəsində nəqliyyat vasitələrinin hərəkətinə fevralın 1-dən 2-nə keçən gecə məhdudiyyət qoyulacaq.

Məhəmməd Xiyabani küçəsinin Abbas Mirzə Şərifzadə və Həsən bəy Zərdabi küçələri arasında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitəndən sonra bərpa ediləcək.

Qeyd edək ki, həmin hissədə aparılacaq təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunacaq, köhnə səki daşları da sökülərək, hər iki istiqamət üzrə yeni səki daşları düzüləcək. Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunacaq.

Təmir işləri ilə əlaqədar olaraq yaranacaq müvəqqəti narahatlığa görə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti