...

Vəkil: İlham Mirzəyevin iflic olması şayiədir

Cəmiyyət Materials 4 Fevral 2016 15:27 (UTC +04:00)
Həbsdə olan tanınmış aparıcı İlham Mirzəyevin səhhətində heç bir problem yoxdur.
Vəkil: İlham Mirzəyevin iflic olması şayiədir

Bakı. Samir Əli - Trend:

Həbsdə olan tanınmış aparıcı İlham Mirzəyevin səhhətində heç bir problem yoxdur. Bu barədə Trend-ə İ.Mirzəyevin vəkili Telman Abdiyev məlumat verib.

Vəkil bildirib ki, aparıcının guya həbsxanada iflic olması barədə yayılan şayiələr əsassızdır: "Bu şayiədir. İlham Mirzəyevin vəziyyəti tam normaldır və səhhətində heç bir problem yoxdur".

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir. Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti