...

Azərbaycanda işsizlik müavinəti artırılıb

Cəmiyyət Materials 5 Fevral 2016 13:19 (UTC +04:00)
Azərbaycanda işsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləği artırılıb.
Azərbaycanda işsizlik müavinəti artırılıb

Bakı.İlhamə İsabalayeva-Trend:

Azərbaycanda işsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləği artırılıb.

Azərbaycan Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında" qərara dəyişiklik edilib.

İşsizlik müavinətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının göndərişi ilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləği 55 manatdan artrılaraq 75 manata çatdırılıb.

Yeni qərar fevralın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti