...

Ötən ay Azərbaycanda 89 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Cəmiyyət Materials 5 Fevral 2016 15:27 (UTC +04:00)

Bakı. Trend:

2016-cı ilin yanvar ayı ərzində Azərbaycanda 1,571,130 kv.m ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, ötən ay 89 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 509 nəfər minaaxtaran mütəxəssis, 122 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 316,302,056 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 714,027-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Qazax, Ağstafa, Ağcabədi, Ağdam, Gəncə, Samux, Füzuli və Tərtər rayonlarında davam etdirilir.

2016-cı ilin yanvar ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti