...

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

Cəmiyyət Materials 15 Fevral 2016 11:58 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər.
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

Bakı. Trend:

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər.

Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili Qoşunların Bakı şəhərindəki "N" saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, o cümlədən müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yataqxanalarına, əsgər yeməkxanasına və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün yaradılmış yeməkxanaya, ərzaq anbarlarına, tibb məntəqəsinə baxışlar keçirilmiş, hərbi qulluqçularla görüşlərdə insan hüquqları ilə əlaqədar söhbətlər aparılıb.

Hərbi qulluqçulara yaradılmış şərait, onlarla rəftar, qida və müalicə işinin keyfiyyəti müsbət qiymətləndirilib.

Habelə Ombudsman Aparatının əməkdaşları N saylı hərbi hissənin zabit və gizir heyəti ilə keçirilən tədbirdə çıxış edib, respublikada Ombudsman institutunun yaranması və səlahiyyətləri, Müvəkkilin çoxşaxəli fəaliyyəti, o cümlədən hərbi qulluqçuların hüquqları istiqamətində gördüyü işlər barədə məlumat verib, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparmış, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Onlar hərbi hissələrdə aparılan hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, Vətənə sədaqət və vətənpərvərlik hissinin daha da gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti