...

İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2016 11:00
Fevralın 16-da İndoneziyanın Cokyakarta şəhərində ölkənin ən tanınmış universitetlərindən biri olan Qacah Mada Universitetinin Mədəniyyətşünaslıq fakültəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıb.
İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Fevralın 16-da İndoneziyanın Cokyakarta şəhərində ölkənin ən tanınmış universitetlərindən biri olan Qacah Mada Universitetinin Mədəniyyətşünaslıq fakültəsində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanıb.

Bu barədə Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Fənni Azərbaycan Dillər Universitetinin professoru, flologiya elmləri doktoru Həbib Zərbəliyev tədris edir. Universitetdə bu fənnin tədrisi üçün optimal şərait yaradılıb.

Azərbaycanlı mütəxəssis Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə bakalavriat səviyyəsində təhsil alan 20-dən artıq tələbəni bir semestr ərzində Azərbaycan multikulturalizminin tarixi, inkişafı, perspektivləri ilə, ölkə rəhbərliyinin multikulturalizm siyasəti və Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə əldə etdiyi uğur və nailiyyətlərlə tanış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti