...

Petro Paxnyuk: Kenzo Şiraini necə qabaqladığımı həyatım boyu uşaqlara danışacağam

Cəmiyyət Materials 20 Fevral 2016 16:20 (UTC +04:00)
Sərbəst hərəkətlərdə Kenzo Şiraini necə qabaqladığımı həyatım boyu uşaqlara danışacağam.
Petro Paxnyuk: Kenzo Şiraini necə qabaqladığımı həyatım boyu uşaqlara danışacağam

Bakı. Trend:

Sərbəst hərəkətlərdə Kenzo Şiraini necə qabaqladığımı həyatım boyu uşaqlara danışacağam. Trend-in məlumatına görə, bunu jurnalistlərə azərbaycanlı gimnast Petro Paxnyuk Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda deyib.

O bildirib ki, burada iştirak etmək çox xoşuna gəlir: "Tapşırıq bu yarışlarda bütün kombinasiyaları yoxlamaq olub, çünki bu, mövsümdə ilk startdır. Sərbəst hərəkətlərdə olduqca uğurla çıxış etdim, lakin finalda güclü rəqabət olacaq. Layiqli çıxış etmək istəyirəm, ən əsası nəticə deyil".

Gimnastın sözlərinə görə, nəticələri yaxşılaşdırmaq üçün öz üzərində işləməyi davam etdirməlidir: "Bu gün bir alət - turnik olub. Xoşaglməz bir səhv buraxdım. Gücüm də çatırdı və bütün bu elementləri həmişə edirdim. Səhv texniki idi".

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 19-21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti