...

Cəlil Ərdəm "İki sahil" qəzetinin qonağı olub

Cəmiyyət Materials 25 Fevral 2016 15:43 (UTC +04:00)
“Dialoq Avrasiya” təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Cəlil Ərdəm “İki sahil” qəzeti redaksiyasının qonağı olub.
Cəlil Ərdəm "İki sahil" qəzetinin qonağı olub

Bakı. Trend:

"Dialoq Avrasiya" təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Cəlil Ərdəm "İki sahil" qəzeti redaksiyasının qonağı olub.

Qonağı salamlayan "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda mətbuatın inkişafı və "İki sahil" qəzetinin fəaliyyəti barədə məlumat verib. Ölkəmizdə KİV-in inkişafına diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilib.

"Dialoq Avrasiya" təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Cəlil Ərdəm xoş və səmimi münasibətə görə "İki sahil" qəzetinin rəhbərliyinə öz minnətdarlığını bildirib.

Azərbaycan və Türkiyənin bir-birinə ayrılmaz tellərlə bağlı olduğunu deyən qonaq bildirib ki, bu gün Türkiyənin hər bir vətəndaşı Azərbaycanı qardaş ölkə kimi tanıyır və qəbul edir.

C.Ərdəm Azərbaycanda mətbuatın inkişafına da toxunub və bu prosesin sürətlə getdiyini bildirib. O, "İki sahil" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib və gələcək əməkdaşlıq əlaqələrindən danışıb.
Görüşdə əməkdaşlıq münasibətləri və perspektiv layihələr haqqında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti