...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 29 Fevral 2016 13:02 (UTC +04:00)
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Diqqətəlayiq haldır ki, enerji təhlükəsizliyinin təminatında Azərbaycan hökuməti təkcə neft və qaz ehtiyatlarından istifadə etmək fikrində deyil, eyni zamanda alternativ enerji mənbələrindən (külək və digər bərpa olunan enerji mənbələri) aktiv istifadə etməklə enerji təhlükəsizliyini ən yüksək səviyyəyə qaldırmaq fikrindədir.

Qeyd etməliyəm ki, enerjinin fasiləsiz təminatı üçün respublikanın bir çox rayonlarında külək və günəş enerjisini almaq və istifadə etmək üçün qurğular quraşdırılıb və bu proses davam etməkdədir.

Dövlətimizin yürütdüyü milli enerji təminatı və təhlükəsizliyi siyasəti ona imkan verir ki, regionda və dünyada geosiyasi və geoiqtisadi nüfuzu daha da möhkəmlənsin və transmilli sahədə etibarlı tərəfdaşa çevrilsin.

Məhz bu etibarlılıq Azərbaycana imkan verdi ki, Avropa və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynasın, belə ki, "Şahdəniz 2" layihəsi Azərbaycanın strateji tərəfdaşlığının etirbarlılığını artırmaqla yanaşı, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Cənubi Qafqaz qaz kəmərinin genişlənməsinə xidmət edən Trans-Anadolu (TAP) və Trans-Adriatik (TANAP) kəmərlərinin tikintisi Avropaya yeni qaz dəhlizi açır. Belə layihənin işə düşməsi və həyata keçirilməsi dövlətimizin strateji tərəfdaşlarının çoxalması ilə bərabər, onun regionda geosiyasi və geoiqtisadi hansı böyük rolu oynamağını başa düşmək heç də çətin deyil.

Milli təhlükəsizlik siyasətinin dördüncü əsas istiqaməti Azərbaycanın geoiqtisadi müstəqilliyi və təbii ehtiyatların təhlükəsiz istifadəsi siyasətidir.

Hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da regional geoiqtisadi siyasətin əsas vəzifəsi ölkənin geoiqtisadi müstıqilliyini, təbii ehtiyatlarını və iqtisadi maraqlarını təmin etməkdən ibarətdir.

Azərbaycanın geoiqtisadi müstəqilliyi və təbii ehtiyatların təhlükəsizlik istifadəsi siyasəti fikrimizcə özündə aşağıdakı şərtləri ehtiva edir:

1. Milli iqtisadiyyatın inkişaf və təhlükəsizliyinin təmin olunması;
2. İqtisadi həyatın arzuolunmaz xarici təsirlərdən qorunması;
3. Ətraf aləmdən geoiqtisadi asılılığın aradan qaldırılması;
4. Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, bununla da ixracın idxalı üstələməsi;
5. Təbii ehtiyatların planlı şəkildə istifadəsi və onların təhlükəsizliyinin təmin edilməsi və s.

Qeyd edək ki, müstəqilliyin ilk illərində Azərbaycanda sosial-iqtisadi böhran milli iqtisadiyyatımızı iflic vəziyyətə salmışdı. Belə ki, bir tərəfdən sosial-siyasi böhran (mitinqlər, müharibə şəraiti, piketlər, burada səslənən siyasi şüarlar, Ali sovet böhranı, hakimiyyət dəyişiklikləri və s.) digər tərəfdən sovetlər birliyindən qalma köhnə avadanlıqların dünya standartlarına cavab verilməməsi, eyni zamanda bu avadanlıqların sökülüb metal qırıntısı kimi satılması sosial-iqtisadi böhranı şərtləndirən amillərdən hesab etmək olar.

Təbiidir ki, ölkədə dayanıqlı siyasət yürüdülmədən, siyasi, iqtisadi, sosial və digər strukturların fəaliyyətinin bərpası mümkün ola bilməzdi. Müəllifin fikrinə görə, Azərbaycanın iqtisadi müstəqilliyi və geoiqtisadi maraqlarının təhlükəsizliyinin bəhs olunan dövr üçün ən uğurlu, səmərəli və faydalı yolu, əlbəttə, ABŞ və Avropa Birliyi ölkələri, Yaponiya, Çin və başqa beynəlxalq güclərlə transmilli əməkdaşlıqdan keçirdi.

Uğurlu xarici iqtisadi siyasət yürütməklə bu ölkələrin iqtisadi, maliyyə-texnoloji imkanlarından istifadə etmək, milli iqtisadi inkişafa, geoiqtisadi müstəqilliyə və təhlükəsizliyə nail olmaq mümkün idi. Ölkənin ciddi böhrana düçar edilmiş və dağılmaqda olan iqtisadiyyatını da o dövrdə yalnız xarici iqtisadi strukturların maliyyə-texniki imkanlarından istifadə etməklə qaydaya salmaq olardı.

O qeyd edir ki, həmin dövrdə Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatlarını dövriyyəyə buraxmaq və bu əsasla öz iqtisadi inkişafını təmin etmək üçün üç əsas siyasi və maddi resurs lazım idi.

1. Milyardlarla maliyyə vəsaitinin cəlb edilməsi;
2. Dənizdə ən qabaqcıl neft-qazçıxarma və daşıma texnologiyasının əldə edilməsi, onların xaricdən ya təmin, ya da burada istehsal edilməsi;
3. Xəzər hövzəsində, bütövlükdə Avrasiya enerji sektorunda Azərbaycanla tam bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq istəyinə malik olan xarici dövlət və dövlətlər birliyi və transmilli şirkətlərin cəlb edilməsi.

Odur ki, bütün bu işlərin təşkili ölkənin İqtisadi İnkişaf Strategiyasının (İİS) hazırlanması və həyata keçirilməsini zəruri hesab edir. Bütün bunlarla yanaşı Əli Həsənov yazır: "... mütəxəssislər Azərbaycan tipli ölkələrin bütün iqtisadi inkişafını, sosial-mədəni problemlərinin həllini neft amilinin üzərində qurmasını birmənalı mənfi qiymətləndirir və belə ölkələrin gələcək inkişaf perspektivlərinin ürəkaçan olmayacağını proqnozlaşdırırlar. Odur ki, ölkənin iqtisadi inkişafı və təhlükəsizliyində neft gəlirlərindən asılılığın azaldılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyr-neft sektorunun inkişafına nail olunması və s. kimi işlər indiki halda çox ciddi əhəmiyyət kəsb edir, bugünkü və gələcək nəsillərin firavan həyatının təmin edilməsində önəmli rol oynayır. (Bax. s. 941)

Hörmətli professorun yazdıqları çox keçmədi özünü doğrultdu. Belə ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi (bir barrel 30 ABŞ dollarından aşağı) manatın ucuzlaşmasına təkan verdi. Məlum oldu ki, neftdən və qazdan, bütövlükdə karbohidrogen qiymətlərinin ucuzlaşması fonunda yeni istehsal yerlərinin və s. işləməsi Azərbaycanı bu asılılıqdan, dərin böhrandan qurtara biləcək amillərdən biridir. Hələ 2010-cu ildə (Bax. s. "Azərbaycan qəzeti". 19.01.2010) Azərbaycan prezidenti İlham Əliyev qeyd edir ki, neft gəlirlərindən istifadə etməklə, qeyri-neft sektorunun inkişafının təmin olunması ölkənin bütün regionlarının infrastrukturlarının yenidən qurulması, əksər sosial-iqtisadi və əmək ehtiyatlarının işə salınması və səmərəli istifadəsi Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsasını təşkil etməlidir.

Müəllif bu paraqrafı yekunlaşdıraraq yazır ki, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olunması, yeni iş yerlərinin açılması, inflyasiyanın idarə edilməsi, beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlığın davam etdirilməsi, xarici borcların səviyyəsinin nəzarətdə saxlanılması, Azərbaycanın və neft gəlirlərindən asılılığın getdikcə aradan qaldırılması milli təhlükəsizlik siyasətinin əsas vəzifələrindən biridir və bütün bunların davamlı şəkildə həyata keçirilməsini zəruri edir.

Milli Təhlükəsizlik siyasətinin beşinci əsas istiqaməti Azərbaycanın ictimai-siyasi, sosial, etnik və insan ehtiyatlarının təhlükəsiz istifadəsi və idarə olunması siyasətidir.

Bu kitabda müəllifin göstərdiyi milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri vacib olduğu qədər, həm də aktualdır və beşinci istiqamətdə bu sistemin tərkib hissəsi olduğunu göstərməkdə o yanılmır, çünki ictimai-siyasi, sosial, etnik siyasət balanlaşdırılmasa, insan ehtiyatlarından səmərəli istifadə olunmazsa, nə xaricdən və daxildən gələn təhdidlərin qarşısını ala biləcəyik, nə də stabillik yaranmazsa digər istiqamətləri inkişaf etdirə biləcəyik.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti