...

“Azərbaycan” İntellektual Oyunlar Klubundan yeni intellektual turnir (FOTO)

Cəmiyyət Materials 2 Mart 2016 13:01 (UTC +04:00)
“Azərbaycan” İntellektual Oyunlar Klubunun aktivləri Yunan, Yapon, Roma, Misir, Skandinav, Çin və Mayya mifləri əsasında hazırlanmış "Hikari no Shinwa" (Hikari Əfsanəsi-İşıqın Əfsanəsi) adlı intellektual turnirin ideya müəllifi və təşkilatçısı olmuşlar.
“Azərbaycan” İntellektual Oyunlar Klubundan yeni intellektual turnir (FOTO)

Bakı. Trend:

"Azərbaycan" İntellektual Oyunlar Klubunun aktivləri Yunan, Yapon, Roma, Misir, Skandinav, Çin və Mayya mifləri əsasında hazırlanmış "Hikari no Shinwa" (Hikari Əfsanəsi-İşıqın Əfsanəsi) adlı intellektual turnirin ideya müəllifi və təşkilatçısı olmuşlar.

Trend-ə verilən məlumata görə, 48 sualdan ibarət turnir NHN formatında keçirilib. Sualların müəllifi klubun aktivisti Camal Ağarzayevdir.

Turnirin ümumi nəticəsinə görə I yerə "Bella chiao" komandası, II yerə "HİT", III yerə isə bərabər xal hesabı ilə "AŞ" və "Ahimsa" komandaları sahiblənib. Bütün qaliblər sertifikatla təltif olunublar.

"Azərbaycan" İntellektual Oyunlar Klubu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində oyunlar təşkil edir.

Eyni zamanda, həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə? Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında oyunlar keçirilir. Oyunlarda tələbələrarası çempionatlarda aktivlik göstərən ali müəssisələrini təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti