...

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Xəzər və Binəqədidə səyyar xidmət göstərib

Cəmiyyət Materials 3 Mart 2016 13:41 (UTC +04:00)
Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin, ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərə şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında səyyar xidmətlər keçirilir.
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Xəzər və Binəqədidə səyyar xidmət göstərib

Bakı. Trend:

Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin, ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərə şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında səyyar xidmətlər keçirilir.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbirlər Xəzər və Binəqədi Rayon Polis idarələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.

Paytaxtın Xəzər rayonununn Mərdəkan qəsəbəsində yerləşən 5 saylı Şuşa şəhər orta məktəbində keçirilmiş səyyar xidmət zamanı 61 şagirdə, Qaradağın Qızıldaş qəsəbəsində isə ümumilikdə 254 nəfərə yeni şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunub.

Anoloji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti