...

Sığorta haqlarının ödənilməsi məlumatlarının yazılı verilməsi ləğv edilir

Cəmiyyət Materials 3 Mart 2016 14:54 (UTC +04:00)
Azərbaycanda könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqlarının ödənilməsi barədə məlumatların müvafiq icra hakimiyyəti orqanlarına yazılı şəkildə verilməsi ləğv edilir.
Sığorta haqlarının ödənilməsi məlumatlarının yazılı verilməsi ləğv edilir

Bakı. Ilhamə İsabalayeva - Trend:

Azərbaycanda könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqlarının ödənilməsi barədə məlumatların müvafiq icra hakimiyyəti orqanlarına yazılı şəkildə verilməsi ləğv edilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Komitənin sədri Əhliman Əmiraslanov deyib ki, bununla əlaqədar "Tibbi sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə layihə hazırlanıb.

Layihəyə görə, həmin qanunun 6-cı maddəsinin 9-cu bəndi ləğv edilir.

Ə.Əmiraslanov bildirib ki, həmin bənd könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqlarının tam məbləğdə və ya vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməklə bağlıdır: "Biz bu bəndi araşdırdıq və məlum oldu ki, əvvəllər bu barədə yazılı şəkildə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verirdilər. Indi bu istiqamətdə elektron hökumət yaradıldığına görə bu məlumatların yazılı şəkildə verilməsinə ehtiyac duyulmur. Ona görə də bu bənd qüvvədən düşmüş kimi qəbul edilməlidir".

İclasda "Tibbi sığorta haqqında" qanuna edilən bu dəyişikliyin edilməsi barədə təklif qəbul edilib və layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti