Azərbaycan multikulturalizmi ilə bağlı Azərbaycan, rus və ingilis dillərində nəşrlər işıq üzü görüb

Azərbaycan multikulturalizmi ilə bağlı Azərbaycan, rus və ingilis dillərində nəşrlər işıq üzü görüb

Bakı. Trend:

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə vaxtaşırı yerli və xarici ekspertlərin iştirakı ilə müxtəlif aktual mövzulara həsr olunan silsilə virtual dəyirmi masalar təşkil olunur. Həmin dəyirmi masaların materialları BBMM tərəfindən kitabçalar şəklində nəşr edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək bu silsilədən "Müasir dövrdə Azərbaycanda sosial -iqtisadi və mənəvi inkişafın harmoniyası", "Multikultural təhlükəsizlik", "Xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi: problemlər və perspektivlər" və "Azərbaycana maraq Azərbaycana məhəbbətə cevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözu ilə)" adlı kitabçalar Azərbaycan, rus və ingilis dilində oxucuların ixtiyarına verilib.

Bu nəşrlər Azərbaycan multikulturalizmi modelini həm ölkədə, həm də dünyada tədqiq, təşviq, təbliğ etmək üçün ali və orta təhsil müəssisələrinin, müxtəlif təşkilat və qurumların, eləcə də ölkəmizə gələn xarici qonaqların istifadə edə biləcəyi qiymətli əyani vəsaitdir.

"Müasir dövrdə Azərbaycanda sosial -iqtisadi və mənəvi inkişafın harmoniyası"

İlk virtual dəyirmi masa "Müasir dövrdə Azərbaycanda sosial -iqtisadi və mənəvi inkişafın harmoniyası" mövzusuna həsr olunub.

Virtual dəyirmi masada Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Braziliyanın Paraiba Dövlət Universitetinin professoru Sudha Svarnakar, İtaliyanın Romualdo Del Bianko Fondunun prezidenti, memar Paolo Del Bianko, Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri, professor Aleksandr Nesterov, Almaniyanın Ostvald fon Volkenştayn - Qezelşaft Fondunun Prezidenti, professor Ziqlinde Hartman, Beynəlxalq münasibətlər üzrə israilli ekspert Arye Qut, italiyalı politoloq və naşir Sandro Tetti, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov iştirak edib. Dəyirmi masada Azərbaycanın sosial-iqtisadi inkişafı ilə mənəvi inkişafı arasındakı münasibət müzakirə olunub.

Dəyirmi masanın yekun nəticəsi kimi qeyd olunub ki, müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı xalqımızın mənəvi sıçrayışı fonunda baş verir.

"Multikultural təhlükəsizlik"

"Multikultural təhlükəsizlik" mövzusunda təşkil olunmuş ikinci virtual dəyirmi masaya Dövlət müşaviri Kamal Abdullayev, professor Etibar Nəcəfov, Böyük Britaniyalı rəssam, dizayner Lititsiya Reuss, Almaniyanın Psixoloqlar və Psixoterapevtlər Assosasiyasının psixoterapevt Galina Heinzelmann, professor Əlİkram Abdullayev, ABŞ-ın Berkli Universitetindən dr. Liladhar Pendse, Kaliforniya Ştatının Məclisinin spikeri Antonio Villaraigosa, professor Zümrüd Quluzadə, ABŞ-ın Purdue universitetinin professoru Cəmalüddİn Hüseyn, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov professor, fiziologiya və tibb üzrə 1991-ci il Nobel mükafatı laureat, professor Ervin Neher, Böyük Britaniyanın Lids Universitetinin professoru Aksel Müller, İsrailin Akko şəhərinin meri Şimon Lankri, Almaniyanın Vürtsburq Universitetinin orta əsr alman ədəbiyyatı üzrə professoru Ziqlinde Hartmann qatılıb.

Dövlət müşaviri Kamal Abdullayev vurğulayıb ki, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi az olsa da, mənəvi təcrübəsi böyükdür: "Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Bu da, təbii ki, multikultural mühitin Azərbaycan cəmiyyətinə ilkcədən xas olmasına bir sübutdur. Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu təcrübəsinin səbəbinə gəldikdə isə bir daha onu qeyd etmək lazımdır ki, Azərbaycandakı multikulturalizm kənardan cəmiyyətimizə gətirilməyib, "idxal" edilməyib. Burada sonrakı miqrasiyalara qarşı təbii "peyvənd sindromu" vardı. Burada multikulturalizm əsrlər boyu uzun təkamül yolu keçərək formalaşıb və geniş yayılıb. Azərbaycandakı mövcud multikultural mühit Avropadakı ilə müqayisədə daha qədim, daha möhkəm və daha dayanıqlıdır. Multikulturalizm baxımından Azərbaycan özünütutmuş cəmiyyətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, "multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Zənnimcə, əsrlər ərzində, o cümlədən, sovet dövründə yaranan müsbət meyillər müasir Azərbaycanda möhkəmlənir. Bu da ölkəmizdə milli həmrəyliyin əsası, müasir dinamik inkişafın təməlidir". Elə buna görə də, Azərbaycan kimi ölkələr multikulturalizm siyasətinin yeridilməsi sahəsində yaranan problemlərə sinə gəlməyi bacarır".

Virtual dəyirmi masada multikulturali təhlükəsizlik məsələsi ilə bağlı maraqlı fikirlər səslənib. Professor Etibar Nəcəfov yekun olaraq bildirib ki, multikultural təhlükəsizliyin təmin olunması dedikdə hər hansı bir ölkədə ilk növbədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə olunması, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların etnik- mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi nəzərdə tutulur:

"Bundan başqa cəmiyyətdə multikultural təhlükəsizliyin təmin olunmasının mühüm hədəflərindən biri cəmiyyət daxilində insanların müxtəlifyönlü inteqrasiyasına nail olmaqdır. Tarixi təcrübə göstərir ki, çoxmədəniyyətli dövlətlərin əksəriyyəti, o cümlədən Qərbi Avropa dövlətləri bu məsələyə, yəni multikultural təhlükəsizliyin təmin olunmasına, obyektiv, bəzən isə subyektiv səbəblərdən kifayət qədər ciddi yanaşmırlar. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması sahəsində yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olur. Bu, məsələn, Ermənistanda yaxın keçmişdə belə hallara gətirdi. Son dövrdə Avropanın bir sıra ölkələrində radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyllərinin artması qeyd olunanların bariz nümunəsidir. Azərbaycan isə başqa siyasi istiqamətlərdə olan kimi burada da öz yolunu gedir. Azərbaycanın multikulturalizm sahəsində, ölkədə multikulturalizm təhlükəsizliyinin təmin edilməsində olduqca zəngin və unikal təcrübəsi və böyük nailiyyətləri vardır. Bu dəyirmi masa çərçivəsində biz onların xarici ölkələrdə öyrənilməsi və tətbiq edilməsi vacibliyini vurğuladıq. Bu işdə biz hamımız birlikdə fəallığımızı artırmalı, müxtəlif layihələr irəli sürüb gerçəkləşdirməliyik".

"Xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi: problemlər və perspektivlər"

"Xarici olkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi: problemlər və perspektivlər" mövzusuna həsr edilən üçüncü virtual dəyirmi masada professor Etibar Nəcəfov, Bolqarıstanın Muqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor İvan İlçev, İtaliyanın Sapienza Universitetində Azərbaycan Tədqiqatları Mərkəzinin icracı direktoru Daniel Pommyer, Çexiyanın Karl Universitetinin Şərqi Avropa İnstitutunun direktoru Marek Prşixoda, Belarus Dovlət Universitetinin Beynəlxalq Munasibətlər Fakultəsinin dekan müavini Olqa Malaşenkova, Belarus Dovlət Universitetinin Beynəlxalq Munasibətlər fakultəsinin Beynəlxalq Munasibətlər kafedrasının müdiri, professor Aleksandr Şarapo, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icracı direktoru, professor Azad Məmmədov, Bolqarıstanın Muqəddəs Kliment Oxrisdki adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva Mitreska, Bakı Slavyan Universietinin "Diplomatiya və xarici siyasət" kafedrasının dosenti İrina Kunina, professor Rafael Həsənov, MaksimTank adına Belarus Dovlət Pedaqoji Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru Eleonora Hüseynova, professor Aleksandr Nesterov, Bakı Slavyan Universitetinin Cex dili və mədəniyyəti mərkəzinin direktoru Roza Şəfiyeva, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icracı direktoru Oktay Səmədov, bolqarıstanlı professor Tsvetan Teofanov, Belarus Dovlət Universitetinin Beynəlxalq əlaqələr kafedrasının tədris işi uzrə müdir muavini Vladislav Froltsov, Litva Edukologiya Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin mudiri Loreta Codskiyene və müxtəlif xarici universitetlərin tələbələri mövzunun ətraflı müzakirəsini aparıblar. Dəyirmi masada vurğulanıb ki, "Azərbaycan multikulturalizmi" fənninin xarici olkə universitetlərində tədris olunması ideyası Prezident İlham Əliyevin müasir dövrdə qarşıya qoyduğu ideoloji hədəflərdən biridir: "Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər uzrə Dövlət müşavirliyi xidməti bu ideyanın reallaşdırılması və daha geniş intellektual məkanı əhatə etməsi üçün calışır. Bu fənnin tədrisi təcrübəsi, o cumlədən, qazanılan təcrübənin bugünkü virtual dəyirmi masada universitetlərin rəhbərləri, fənni tədris edən muəllimlərin və dinləyən əcnəbi tələbələrin iştirakı ilə muzakirəsi qeyd olunan ideyanın real nəticələr verdiyini, uğurla həyata kecirildiyini sübut edir".

"Azərbaycana maraq Azərbaycana məhəbbətə cevrilir..."

"Azərbaycana maraq Azərbaycana məhəbbətə cevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözu ilə)" mövzusunda keçirilən növbəti - sayca dördüncü virtual dəyirmi masada 2015-ci ilin 21-28 iyul tarixlərində "Yay məktəbi"ndə iştirak etmiş xarici ölkə və Azərbaycan universitetlərinin tələbələri ilə sözügedən layihə ətrafında diskussiya aparılıb. Professor Etibar Nəcəfovun moderatorluğu ilə keçən dəyirmi masada Belarus, Gürcüstan, Bolqarıstan, İtaliya, Rusiya və Azərbaycandan olan tələbələr Beynəlxalq Multikulturalizm yay məktəbi ilə bağlı zəngin təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, layihənin icrası zamanı qarşıya qoyulan məqsəd reallaşıb: Azərbaycana olan maraq sevgiyə çevrilib.

Qeyd edək ki, hazırda BBMM tərəfindən "Alban apostol kilsəsi: tarixi baxış" mövzusunda növbəti virtual dəyirmi masanın materiallarından ibarət beşinci kitabça çapa hazırlanır.

"Netflix" abunəçilərinin sayı ilin sonunda gözləniləndən aşağı olub
"Netflix" abunəçilərinin sayı ilin sonunda gözləniləndən aşağı olub
Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub
Loading Bars
Xəbər lenti
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etmək planşdırır - Ərdoğan
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Azərbaycanlı musiqiçi intihar etdi
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi
Türkiyə Silahlı Qüvvələri 10 PKK terrorçusunu zərərsizləşdirib
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
Ötən il Bakıda 6500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Bakıda ölümlə nəticələnən yol qəzaları artıb
Ötən il Bakıda 12 min 761 cinayət hadisəsi baş verib - İlqar Abbasov
S&P Azərbaycanda 2025-ci ilədək inflyasiya proqnozlarını açıqlayıb
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
Bazar günü hava necə olacaq?
Yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib etdi
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişini şərh edib
Ötən gün evini tərk edən 11 koronavirus xəstəsi küçədə yaxalanıb
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq - Vüqar Rəhimzadə
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Krasnodar hava limanı bağlanıb
Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
Qarabağa avtobusla səfər edənlərin bileti belə olacaq (FOTO)
Azərbaycan futzalçıları bu gün Avropa çempionatında ilk matçına çıxır
Səhiyyə qurumları vətəndaşlara çağırış etdi
Azərbaycanda koronavirus xəstələrinin karantində qalma müddəti azaldılır
“Avrora" Qrup uşaq sığınacaqlarında məskunlaşan uşaqları sevindirib (FOTO)
Alyaskada güclü zəlzələ olub
Azərbaycan nefti ucuzlaşıb
Masallıda yataq xəstəsi evdə yanaraq ölüb
Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir - Agentlik
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Braziliyada çatdırılmanı dronlara yerinə yetirməyə icazə verilib
İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
Hulusi Akar Suriya və İraqla sərhəddəki bölmələrə baxış keçirib
Almaniyada minimum əmək haqqının artırılması məşğulluğa təsir etməyəcək - nazir
Arnold Şvartsenegger Kaliforniyada ağır yol qəzası törədib (FOTO)
ABŞ-da məktəbdə şagird güllələnib
ÜST 12 yaşadək yeniyetmələrə azaldılmış dozada Pfizer peyvəndini tövsiyə edib
Meksikada oteldə atışma nəticəsində iki Kanada vətəndaşı öldürülüb
Ənənəvi Braziliya karnavalları koronavirus səbəbindən təxirə salınıb
Yaponiyada baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib
ABŞ-ın ən yaşlı sakini 115 yaşında vəfat edib
Belçikada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılır
Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb
NATO Aralıq dənizində təlimlərə başlayır
Amerikanın Atlas V raketi Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıb
BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb
Elbrus Əliyev 2007-ci ildə təqaüdə çıxmıb, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmayıb - Baş Prokurorluq
Ərəb koalisiyasının Yəmən həbsxanasına hava hücumu nəticəsində onlarla insan həlak olub
Serbiyalı nazir ölkə başçısına sui-qəsd hazırlandığını bildirib
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
Böyük Britaniyada koronavirusun omikron ştammının yeni alt növü aşkarlanıb
Fransa Prezidenti Kabinetinin müşaviri və Aİ-nin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb (ÖZƏL)
Bütün xəbərlər