...

Metro stansiyalarında 8 martla bağlı təbrik lövhələri asılıb (FOTO)

Cəmiyyət Materials 7 Mart 2016 12:43 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə növbəti tədbirlər planının icrasına başlayıb.
Metro stansiyalarında 8 martla bağlı təbrik lövhələri asılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə növbəti tədbirlər planının icrasına başlayıb. Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı metropoliteninin bütün stansiyalarında təbrik lövhələri yerləşdirilib.

Metro stansiyalarının xanım əməkdaşlarının iş rejiminə gəlincə isə, N.Paşayev bildirib ki, əslində sabah qeyri-iş günü olsa da, metro əvvəlki rejimində işləyəcək və metronun xanım əməkdaşları da əvvəlki qaydada vəzifələrini icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti