...

Ləğv edilmiş MTN generalının evini tikən qardaşların məhkəməsi başlayır

Cəmiyyət Materials 15 Mart 2016 11:31 (UTC +04:00)
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş - Aslanov Ramil Valeh oğlu və Aslanov Vasif Valeh oğlu barəsində cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndərilib.
Ləğv edilmiş MTN generalının evini tikən qardaşların məhkəməsi başlayır

Bakı. Samir Əli-Trend:

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş - Aslanov Ramil Valeh oğlu və Aslanov Vasif Valeh oğlu barəsində cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndərilib.

Bu barədə Trend-ə qardaşların vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, 3 aya yaxındır ki, qardaşların mudafiəsini həyata keçirir.

Qeyd edək ki, Aslanov qardaşları barəsində Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Nərimanov rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, hazırda iş üzrə prokurorluqda başlanmış cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti