...

Samux və Goranboyda su çatışmazlığı və yeni kitabxana tikintisi ilə bağlı layihələr başa çatdı (FOTO)

Cəmiyyət Materials 16 Mart 2016 20:33 (UTC +04:00)
Azərbaycan və ABŞ hökumətləri Samux və Goranboyda sosial-iqtisadi inkişafı gücləndirmək məqsədilə əməkdaşlıq edirlər.
Samux və Goranboyda su çatışmazlığı və yeni kitabxana tikintisi ilə bağlı layihələr başa çatdı (FOTO)

Bakı. Trend:

Azərbaycan və ABŞ hökumətləri Samux və Goranboyda sosial-iqtisadi inkişafı gücləndirmək məqsədilə əməkdaşlıq edirlər.

Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram ölkə boyu müxtəlif kəndlərdə həyat səviyyəsini yaxşılaşdırmaq üçün icmaları və yerli hökumət orqanlarını bir araya gətirməyə davam edir. 14-15 mart tarixlərində, Samux və Goranboy rayonlarının kəndləri su çatışmazlığı və sinif otaqlarının təhlükəsizliyi, habelə yeni kitabxana tikintisi ilə bağlı layihələr başa çatdırıblar. Bu layihələr SEDA tərəfindən həyata keçirilmiş və ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Samux rayonunun Qarabağlar icması uzun müddət texniki su çatışmazlığı ilə bağlı çətinlik çəkib. Qadınlar və uşaqlar gündəlik istifadə və suvarma məqsədilə uzaqda yerləşən quyulardan su gətirməyə məcbur olublar. SEDA vasitəsilə kənd sakinləri 41 krana bağlı olan yeddi su rezervuarları quraşdırdılar. Bu, icmanın 1600-dən çox sakinin yaşayış səviyyəsini və sanitar durumunu yaxşılaşdırmağa kömək edib.

Goranboy rayonunun Qaradağlı kənd məktəbi köhnə istilik vasitələrindən - elektrik və odun sobalarından - istifadə edirdilər ki, bu da uşaqları toksik tüstü və yanğın təhlükəsi altına qoyurdu. SEDA icmaya ayrıca qazanxana tikməyə və radiatorlar sistemini quraşdırmağa kömək etdi və 500-dən çox uşağı təhlükəsiz və isti tədris mühiti ilə təmin etdi.

Goranboy rayonunun Goranlı kənd sakinləri uzun müddət əlverişli kitabxana binasının olmaması ilə üzləşiblər. 50 il öncə tikilən Mədəniyyət evində yerləşən kitabxana öyrənməyə və oxumağa münasib və təhlükəsiz şəraitlə təmin edə bilmirdi. SEDA yeni kitabxana binası tikməyə kömək etdi və bununla da icmanın 690-dan çox sakini üçün tədris imkanlarını artırdı.

Qeyd edək ki, 2011-ci ildən SEDA Azərbaycanın 58 icmasında 91,000-dən çox insana fayda verərək 66 layihənin maliyyələşdirilməsinə 1,400,000 ABŞ dollarından artıq vəsait xərcləyib. SEDA icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin birgə iştirakını təşviq edir. Bu layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökuməti tərəfindən maliyyələşir və İqtisadiyyat Nazirliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti