...

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 17 Mart 2016 18:20 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində bayram günlərində də vətəndaşlar qəbul ediləcək.
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində bayram günlərində də vətəndaşlar qəbul ediləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar martın 19-dan 28-dək olan müddətdə, qeyri-iş günlərində də DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti