...

Sabahın havası - şimal-qərb küləyi, intensiv yağışlar

Cəmiyyət Materials 28 Mart 2016 13:07 (UTC +04:00)
Sabahdan hava şəraitinin dəyişəcəyi proqnozlaşdırılır.
Sabahın havası - şimal-qərb küləyi, intensiv yağışlar

Bakı. Trend:

Sabahdan hava şəraitinin dəyişəcəyi proqnozlaşdırılır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 29-da fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 29-da arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 29-30-da Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti