...

BANM tələbələri İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində (FOTO)

Cəmiyyət Materials 29 Mart 2016 12:31 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində olublar.
BANM tələbələri İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində olublar.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Fəhmin Hüsüzadə və Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Zərifə Orucova 27 fevral-6 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin təşkilatçılığı ilə keçirilmiş Tələbələrin I Beynəlxalq Forumunda iştirak edərək BANM-i və Azərbaycanı bu Forumda təmsil ediblər.

Forumun rəsmi açılış mərasimində iştirak edən tələbələr Universitetin rektoru Qeorqiyeviç Viktor Martınovla görüşərək ona Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun salamlarını çatdırıblar və BANM-in adından hədiyyələr təqdim ediblər.

Forum ərzində əsas diqqət yetirilən məsələlər sırasında tələbələrin təqdimat qabiliyyətlərinin inkişafı, texniki biliklərə yiyələnmə, beynəlxalq tələbə münasibətləri, təcrübənin ötürülməsi və s. yer alıb.

Komanda işinin yaxşılaşdırılması üçün müxtəlif yarışlar təşkil edilib. Forum ərzində Qubkin Universitetində təhsil alan müxtəlif millətlərdən olan tələbələrin iştirakı ilə milli mətbəx, mədəniyyət nümunələri, geyimlərin nümayiş olunduğu tədbirdə BANM-in tələbələri də Azərbaycanı layiqincə təmsil ediblər. Tələbələr sözügedən ali təhsil müəssisəsində təhsil alan azərbaycanlı tələbələrlə, həm AMOR, həm də digər yerli təşkilatlarda təmsil olunan gənclərlə də görüşərək fikir mübadiləsi aparıblar.

Tələbələr Forum iştirakçılarına daha dolğun məlumat verilməsi üçün onlara BANM barəsində ingilis və rus dilində bukletlər, Azərbaycan haqqında müxtəlif məlumat tipli materiallar paylayıblar. Tələbələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Forumun iştirakçılarına müntəzəm olaraq məlumat veriblər və onların suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti