...

"Psixiatriya yardımı haqqında" qanuna dəyişikliklər edilir

Cəmiyyət Materials 29 Mart 2016 12:56 (UTC +04:00)
Azərbaycanda "Psixiatriya yardımı haqqında" qanuna müəyyən dəyişikliklər edilir.
"Psixiatriya yardımı haqqında" qanuna dəyişikliklər edilir

Bakı. Ilhamə İsabalayeva - Trend:

Azərbaycanda "Psixiatriya yardımı haqqında" qanuna müəyyən dəyişikliklər edilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirilib.

İclasda qeyd edilib ki, "Psixiatriya yardımı haqqında" qanuna təklif edilən yeni dəyişikliklərə əsasən, psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır.

Qanunun hazırkı varinatına görə isə məhkəmə qətnaməsi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş pasiyent psixiatriya stasionarından yalnız təyin edilmiş məcburi müalicəyə xitam verilməsi haqqında məhkəmənin qətnaməsi əsasında çıxarılır.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik etməkdə məqsəd onu "Cinayət-Prossesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna uyğunlaşdırmaqdır: "Həmin qanunda psixi pozuntusu olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdriyyətinin təqdimatı və həkim- psixiatr komissiyasının rəyi mütləq şəkildə nəzərə alınmaqla, həmin tədbirlərin tətbiq edildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılması nəzərdə tutulur".

Qanun layihəsi qəbul olunması məqsədi ilə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti