...

Son 11 ildə məzunların sayı 28.22 faiz azalıb

Cəmiyyət Materials 29 Mart 2016 15:10 (UTC +04:00)
Son 11 ildə məzunların sayı 28.22%, yəni 34742 nəfər azalıb.
Son 11 ildə məzunların sayı 28.22 faiz azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Son 11 ildə məzunların sayı 28.22%, yəni 34742 nəfər azalıb. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Komissiyadan bildirilib ki, bu meyil artıq bir neçə ildir müşahidə olunur. Son 11 ildə məzunların sayı 28.22% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Amma ötən illə müqayisədə məzunların sayı 3488 nəfər artıb.

Bu tədris ili üzrə qəbul üçün sənəd verənlərin 66.04%-ni builki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66 və 2014-cü ildə 64.05% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti